Demokratik təsisatların inkişafı Azərbaycan dövlət siyasətinin əsasında dayanır. Ulu öndər Heydər Əliyevin “Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz” fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Dövlət başçısı İlham Əliyev 6-cı çağırış Milli Məclisin ilk islasındakı çıxışında bu əminliyi ifadə etmişdir ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaq və olmalıdır. pizza
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu hədəflərin qarşıya qoyulduğu vaxtdan, 10 mart 2020-ci ildən bizi 3 il zaman məsafəsi ayırır. Bu müddətdə qazanılan uğurların miqyasını təsəvvür etmək üçün ötən 3 ildə Azərbaycanın qeyd edilən məqsədlərin reallığa çevrilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir.
Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın imza atdığı tarixi Zəfərin yaratdığı reallıqlar bütün sahələrdə yeniləşməni, təkmilləşməni bir zərurətə çevirdi. Ötən il yeni reallıqların fonunda “Siyasi partiyalar haqqında”, həmçinin “Media haqqında” yeni qanunlar qəbul olundu. Təkcə bu iki qanunun əsasında yeni sənədlərin qəbulunu zəruri edən səbəbləri aydın şəkildə görmək mümkündür.
Telegram kanalımız