Ölkənin adı dəyişəcək, bu vəzifələr ləğv ediləcək…

saytların hazırlanması

Evə çatdırılma

Ölkənin adı dəyişəcək, bu vəzifələr ləğv ediləcək…

Siyasət

20 Dekabr 2023 14:45 56665


Millət vəkili, BAXCP sədri, prezidentliyə namizədliyini irəli sürən Qüdrət Həsənquliyev partiyanın mətbuat orqanına verdiyi geniş müsahibəsində namizəd kimi proqramının bəzi hissələrini açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, Q.Həsənquliyev prezident seçiləcəyi halda bu qərarları verəcəyini bildirib: 

- parlamentə Xankəndi üzərində dövlət suverenliyinin bərpası ilə əlaqədar böyük amnistiya aktı haqqında qərar layihəsi göndərəcək;  Marqarita pizza

- Konstitusiya islahatları nəticəsində dövlətin adını dəyişib, Şimali Azərbaycan Cümhuriyyəti adlandırılmasına nail olacaq; 

- ölkə 15 inzibati ərazi vahidə – regiona bölünəcək, regionların yerli sakinlər tərəfindən seçilən 31 nəfərdən ibarət Məclisləri olacaq və region rəhbərləri həmin Məclisdə seçiləcək; 

- ədalətli məhkəmə hakimiyyəti üçün məhkəmələrdə andlı iclasçılar institutu tətbiq edəcək. Məhkəmədə çəkişən tərəflərdən kimin haqlı olmasını hakim yox, xalqın arasından seçiləcək 12 nəfər sadə vətəndaş (andlı iclasçılar ) müəyyən edəcək;

- ədliyyə naziri və Baş prokuror vəzifələri birləşdiriləcək, vahid Dövlət İstintaq Komitəsi formalaşdırılacaq. 

- qadınlar üçün pensiya yaşı 59-a, kişilər üçün 61-ə endiriləcək; 

- pensiyaların minimum həddi orta aylıq əmək haqqının 80%-dən az olmayacaq; 

- ailələrə “uşaqpulu” deyilən aylıq müavinətlər veriləcək; 

- müqavilə əsasında peşəkar ordu qurulacaq, çağırış yaşına çatmış oğlanlar ya orduya hərbi xidmət keçmədiyi üçün pul ödəyəcək, ya da 6 ay hərbi xidmət keçəcək; 

- peşəkar hərbçilər məcburi 20 il xidmət keçəcək; 

- büdcədən maliyyələşən şəxslərin əmək haqqı əhəmiyyətli məbləğdə artırılacaq, çünki aparılacaq islahatlar nəticəsində büdcə gəlirləri dəfələrlə artacaq; 

- təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, Pakistan və İsrail ilə yaxından əməkdaşlıq edəcək ,türk dövlətləri ilə yaxınlaşma siyasəti davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəkili 036
    Çox gözəl fikirlər irəli sürüb Amma başda "Biri variydii biri yoxiydiii"deməyi unudub mübarək
    2 years ago
  • Saməddin
    Şah İsmayıldan sonra ilk dəfə bütünləşən Azərbaycanı Cənab Prezident qurdu...Digərləri vəzifə naminə şablon sözlər deyir...
    2 years ago
  • Kamran
    Nə bilim vallah xeyirlisi
    2 years ago
  • Elnur
    men teklif edirem ki hecne teklif etmirem kunci secilen secilecey ve belede gedecey)))))
    2 years ago
  • Xeyal
    Usaqpulu.pensiya, Pullu Herbi qulluq,diğer fikirler hamsi alqišlanasidir.birce Azerbaycan õlke adına toxunmamaq
    2 years ago
  • Şərafət
    Azərbaycanda çox gözəl şərait yaratmısız qalıb Şimali Azərbaycan qurub orda nəsə edəsiz. Bütün bu şəraiti özünüz üçün fikirləşərsiz xalq üçün yox.
    2 years ago
  • Aftandil ismayılov
    Burda deyiblər:çırmanırıq keçməyə çay gəlməmiş.
    2 years ago
  • Elvin
    Ne bilim vallah deyir e sadece olaraq secilmek şansi yoxdu axi????neinki onun hecbirinin
    2 years ago
  • Nicat
    Hamam hamam içində xəlbir saman içində dəvə dələklik eylər köhnə hamam içində
    2 years ago
  • Mir
    Azərbaycan adının dəyişmək düzgün deyil cünki 1000lərlə igidlərmiz o adı yaşadmağ ücün şəhid olıb birdəki regionlara bölünmə məclis qurmaq fikri düz deyil
    2 years ago
  • Nurlan
    Müəllim Lap Başımıza Qızıldan tacda qoysaz Mən İlham Əliyev cənablarına Səs verecem Torpaqları Aldı Müzəffər ordumuzun silahların gücü ilə İnşallah Gələcəkdedə çətinliklərmizi Aradan Qaldıracaq Biz buna əminik.Pis günün ömrü az olar.30 il pis gün gördü Qarabağmız amma Çiçəkləndi Şükürlər Allaha . İnşallah Millətinde Yaşayişı maaşlarda düzələcek.Siz Bundan belə hələ millətin dərdin məruzə edin Prezidentimize Biz size Təşəkkürlər ederik Yaşasın Azərbaycan ????????????????
    2 years ago
  • Leo
    Saxta namizəddən saxta vədlər. Təhlükəsizlik sahəsində Rusiyanın adı qeyd olundusa demək bugün ki, iqtidarın davamçısı ,hələ ondan da betər sosial vəziyyətin gərginləşməsi şübhə doğurmur. Azərbaycan Avropaya inteqrasiya xəttini seçməsə onun vətəndaşlarına xoş gün olmuyacaq. Çünki Azərbaycanın işıqlı gələcəyi Avropa Birliyi ilə Assosiativ sazişdən keçir. Bu saziş imzalanmayana qədər azərbaycanlılar zülmət içində olacaqlar.
    2 years ago
  • 31çəkənqurbağa
    Puahh,Adam prezident olmağın xəyalın qurubmuş ???? amma onu deyimki,Büdcə də pul qalmasa ölkə məhv olar ???? bu adama səs verməyin ❌️
    2 years ago
  • Ugur
    Ölmə eşşəyin yazda yonca bitəcək
    2 years ago
  • Zaza dayı
    Bu günden Qüdrətin partiyasına üzv oldum
    2 years ago
  • Vüqar
    Bütün bunlar xalqın başını allatmaqdan başqa bir şey deyil.Qüdrət Həsənquliyev özüdə bilir seçki onluq bir məsələ deyil.Guya namizəd olub,xalqın başına corab hörür.Milli Mıclisdə oturanlardan xalq heç bir ümüd gözləmir,bir Milli Məclis ki,qaz limitini ləğv etməyə nail ola bilməfi,kimə lazımdı.Ədalətli seçkidə nağıldı,elə namizədlərdə........
    2 years ago
  • Vazeh
    Rahim, lütfən yazardınız. Birincisini oxuduq, bəs ikincisi nədi? ))
    2 years ago
  • Kamandar
    Hamı yaxşı bilirki kim seçiləcək
    2 years ago
  • Fərhad
    Prezident artıq çoxdan seçilib,necə zülmnən yaşıyırdıqsa elə də olacaq,hələ bunnan da pis olacaq,yarı ac yarı tox,kirayələrdə sürünürəm,guya bu prezident olan kimi hər şey dəyişəcək,Allah bilən məsləhətdi...
    2 years ago
  • Həsən
    Şimali Azərbaycan lazım deyil Sonra çaşıb ölkəni Şimali Koreyaya döndərərsən
    2 years ago
  • Hasanlı
    Inşallah
    2 years ago
  • Fuad
    Mence cox gozel vurgulayib ama bir misal var avazin yaxsi gelir oxudugun quran olsa
    2 years ago
  • Səhər
    Salam. Azərbaycan elə Azərbaycan kimi qalmalidi. Daha onu ora bura parçalamaq lazim deyil. Qalan planlariniz:Avaziniz yaxşı gəlir,oxuduğunuz quran olsa????
    2 years ago
  • Vüqar
    Dasinan və dasinmaz nə qədər əmlakın var? Əvvəla o haqqda düzgün məlumat ver daha sonra camaata.. pişik ost. ragı.. gələrsən!
    2 years ago
  • Ханлар
    Bular bir boş xəyaldır. Bəs bu quldur tayfası, parazitlər, necə olacaq?
    2 years ago
  • Xanım Azəri
    Prezident olmazdan əvvəl demək asandı. Həm hərşeyi yaxşıdı da İsrail kimi qansız terrorçu millətlə niyə əməkdaşlıq edək müsəlmanları öldürən millətlə?
    2 years ago
  • Qüdrət
    Bəli qüdrət müəllim çox gözəl və xalqa və cəmiyətə xeyirli vəddər vəd idir əgər həqiqətən bu deyilənləri yerinə yetərsə çox gözəl olar Azərbaycan ölkəsi və onun əhalisi yaxşı yaşıyar. Mən bir mülki vədandaş kimi özüm və mənim ailəm qohumlar kədimiz işsizlik barəsində çox çətinlik çəkir
    2 years ago
  • RAHİM
    BİRİNCİSİ. SƏN SƏS TOPLAYA BİLMƏYƏCƏKSƏN. BÜTÜN NAMİZƏDLƏR ÖZÜNÜZÜ BİABIR EDƏCƏKSİNİZ.
    2 years ago