Ölkəyə 83 min ədəd dərman və tibbi vasitəni qanunsuz gətirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə 83 min ədəd dərman və tibbi vasitəni qanunsuz gətirmək istədilər

Sağlamlıq

21 Dekabr 2025 14:04 773


Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Bu barədə “Yeni Sabah”a Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Bildirilib ki, mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib. Dördpendirli pizza

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!