Ölmüş heyvan əti aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ölmüş heyvan əti aşkarlandı

Rəsmi

22 May 2019 11:51 1010


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında 21 may tarixində, axşam saat 22:00 radələrində Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyətyanı sahəsinə baxış keçirilib.

“Yeni Sabah” xəbər verir ki, baxış zamanı vətandaş Bəxtiyar  Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib. Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.  Sezar pizza

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!