Ölü neçə gün saxlanıla bilər? - İlahiyyatçı   AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Ölü neçə gün saxlanıla bilər? - İlahiyyatçı AÇIQLADI

Din

27 Avqust 2022 16:36 5835


16 avqustda Los-Ancelesdə vəfat edən azərbaycanlı aktrisa Firəngiz Rəhimbəyova sentyabrın 8-də həmin şəhərdə torpağa tapşırılacaq. Aktrisanın 22 gün müddətində dəfn olunmaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ölünün bu qədər saxlanılmasına etirazını bildirən sosial şəbəkə istifadəçiləri bunun doğru olmadığını bildiriblər. Bəs, bu məsələ barəsində islam dininin mövqeyi necədir? Meyit hansı hallarda və neçə gün saxlanıla bilər?

Bununla bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, ölən şəxsin heç bir səbəb olmadan dəfn olunmaması islama uyğun deyil:

“İslam dininə görə, insan dünyasını dəyişən kimi şəriət qaydasında yuyulmalı, kəfənlənməli və dəfn olunmalıdır. Meyiti çox saxlamağı islam dini qadağan edir. Çünki Allah rəsulu Məhəmməd peyğəmbərin (s.ə.v) insan dünyasını dəyişən kimi meyitin yuyulub, kəfn olunub, dəfn edilməli olduğu barədə hədisləri var”. pizza hut

İlahiyyatçı ölünün müəyyən müddət saxlanılmasıyla bağlı qadağa olmadığını belə əsaslandırıb:

“Kliniki ölümün baş verdiyi hallar da olur. Bu məsələlərdə həkimlər gözləmək lazım olduğunu deyirlərsə, buna əməl etmək lazımdır. Bir müddət ölünü saxlamaq olar. Bu halda islam dini bununla bağlı heç bir qadağa qoymur. İnsanın kliniki ölüm keçirdiyi, yoxsa, həqiqətən də, ölməsi həkimlərə daha yaxşı məlumdur. Düzdür, burada oxşarlıq olur, amma yenə də peşəkar həkimlər müəyyən edə bilir. Bu halda da konkret müddət yoxdur. Sadəcə insan dünyasını dəyişən kimi  dəfn olunmağı vacibdir. İslam dininin də mövqeyi budur. Bu da var ki, başqa ölkədə yaşayan insan öləndə vətəninə gətirilməsi üçün müəyyən qədər vaxt gedir. Bu hallar da islam dinində icazəlidir. Amma ölünün daha çox saxlanılması dinimizdə doğru qəbul olunmur”.  

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!