Ölülərin yandırıldığı məbəddən reportaj - Video

saytların hazırlanması

Evə çatdırılma

Ölülərin yandırıldığı məbəddən reportaj - Video

Din

19 Fevral 2019 15:40 3892


Hinduların Antyeshti adlandırdıqları ölü yandırma – kremasiya mərasimlərinin keçirildiyi yerlərdən biri Katmandudadkı Pashupatinah məbədidir. 

“Yeni Sabah” xəbər verir ki, bu məbəd hindlilərin müqəddəs qəbul etdikləri məşhur Qanq çayını qidalandıran çaylardan biri olan Baqmati çayı kənarında inşa edilib. 

Asiya ölkələrindən fərqli olaraq bu cür dövlətlərdə ölənlərin hardasa yarısından çoxu torpağa basdırılmağın əvəzinə yandırılmalarını tələb edirlər. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri qəbristanlıqların azlığı problemidir. Avropa və Yaponiya kimi quru sahəsi az olan ölkələrdə qəbristanlıqdakı yerlər 50 illikdir və ödənişlidir. Qəbir sahibləri yerlərin ödənişini vaxtında ödəməlidir. Toyuqlu pizza

İnsanların yandırılmasının səbəblərindən biri də nihilizm anlayışı, daha doğrusu insanın və dünyanın heçliyinə inanmaqdır. Basdırılandan bir müddət sonra sür-sümüyün ovxalanıb torpağa qarışdığını deyən bu insanlar yandırılmaqla bu prosesi tezləşdirdiklərinə inanırlar. Bundan başqa, yoluxucu xəstəliklərə görə də ölülərin yandırılması tarix boyu həyata keçirilib. 

Şivanın adına 1600 il əvvəl tikilən Pashupatinah məbədində eyni anda birdən çox ölünün yandırılması üçün da hər cür şərait yaradılıb. Cənazələr yandırılmamışdan əvvəl Baqmati çayının suyu ilə bir növ yuyundurulurlar. Pilləkənlərə gətirilən ölünün ətrafına ailə fərdləri yığılır. Ağ paltara bürünən ailənin ən böyük oğlan övladı cənazənin sahibi olaraq qəbul edilir. Cənazə səndəl (oduncağı efir yağı ilə zəngin olan ətirli, həmişəyaşıl tropik ağac) yağı (efir yağı) ilə yağlanandan sonra saflığın rəmzi ağ rəngli parçalara sarılaraq bir müddət gözlədilir. Ölənin kilosuna uyğun olaraq gətirilən səndəl ağacının odunları cəsədin həm altına həm də üstünə düzülür. Pandit adlandırılan hindu rahiblər ölünü yandırmaq üçün hazırlayarkən yaxınları bu mərasimi seyr edirlər. Ölənin böyük oğlu baş tərəfindən odunları yandırmaq vəzifəsini icra edir. Bütün bədəni saran alov bir neçə saatın içində meyidi külə döndərir. Küllərin Qanq çayına getməsini arzuladıqları üçün süpürülüb Baqmati çayına tökülür.

İlahiyyatçı Elşad Mirinin məbəddən hazlırladığı video-reportajı təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!