Ölümcül xəstəliklərin dərmanı olan tərəvəz satışda –   Cəmi  1 manata hər yerdə

saytların hazırlanması

Evə çatdırılma

Ölümcül xəstəliklərin dərmanı olan tərəvəz satışda – Cəmi 1 manata hər yerdə

Sağlamlıq

11 Sentyabr 2025 17:15 59181


Hazırda bazar və marketlərdə bol-bol rast gəlinən, qiyməti cəmi 1 manat olan qırmızı soğan   həm dadı, həm də sağlamlığa faydaları ilə seçilir. 

Yenisabah.az xəbər verir ki, müasir tibbi araşdırmalar göstərir ki, soğan gündəlik qidalanmada istifadə edildikdə həm immuniteti möhkəmləndirir, həm də bir çox ağır xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Ən önəmlisi odur ki, bu məhsul antioksidantlarla son dərəcə zəngindir. Tərkibindəki “quercetin” adlı maddə orqanizmdə sərbəst radikalları neytrallaşdırır və hüceyrələrin yaşlanma prosesini ləngidir. Bu səbəbdən alimlər onu xərçəngin profilaktikasında xüsusi yerə qoyurlar. Dominos pizza

Mütəxəssislər bildirir ki, bu tərəvəz həmçinin ürək-damar sistemini qoruyur. Onu yemək qan dövranını yaxşılaşdırır, damarların elastikliyini artırır və “pis xolesterin”i aşağı salır. Nəticədə ürək tutması, infarkt və insult riskini azaldır.

Daha bir vacib faydası isə qan təzyiqini tənzimləməsidir. Xüsusilə təbii formada, çiy halda yeyildikdə təzyiqin normallaşmasına yardım edir. Bununla yanaşı, qanı durultduğu üçün tromb yaranmasının qarşısını almaqda da əhəmiyyətlidir.

Həkimlər bu tərəvəzin mədə-bağırsaq sisteminə də xeyirli olduğunu vurğulayırlar. Həzm prosesini asanlaşdırır, bağırsaqlardakı faydalı bakteriyaların fəaliyyətini gücləndirir. İmmuniteti artıran təsiri ilə soyuqdəymə və qrip mövsümündə də mühüm dəstəkdir.

Bundan başqa, göz sağlamlığına da müsbət təsir göstərir. İçindəki kükürdlü birləşmələr gözün tor qişasını qoruyur və yaşa bağlı görmə zəifliklərinin qarşısını alır.

Qeyd edək ki, hazırda bazarlarda cəmi 1 manata satılan bu məhsul həm ucuz, həm də möcüzəvi faydaları ilə gündəlik süfrələrdə yer almalıdır. Qidalanma mütəxəssisləri onu həm salatlarda çiy, həm də bişmiş yeməklərdə istifadə etməyi məsləhət görürlər.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aybəniz
    Rəhmətlik anam çox ağıllı və müdrik qadın idi.Mətbəx işini də əla bilirdi.Onun yeməklərdə sarı soğandan istifadə etdiyi heç yadıma gəlmir.Yay, qış heç fərq etmirdi.Həm yeməyə,həm süfrəyə daim qırmızı soğandan işlədirdi
    8 months ago
  • Tərane
    Salam şerhlerde rəy yazanlar düzgün oxusanıniz qırmızı soğandan bəhs edildiyini açıq şekilde yazıblar.
    8 months ago
  • Sadiq
    Yazmisız ki terevezin adını yaz orda söhbet qırmızı soğandan gedirde Diqqetle oxusaz bilersiz söhbetin hansı terevezden getdiyini
    8 months ago
  • Sadiq
    Yazmisız ki terevezin adını yaz orda söhbet qırmızı soğandan gedirde Diqqetle oxusaz bilersiz söhbetin hansı terevezden getdiyini
    8 months ago
  • yamən
    Nədənsə o tərəvəzin adı məqalədə gizlədilir
    8 months ago
  • Namik
    1 manata olan tərəvəzin adını niyə yazmamısız.Ölümcül tərəvəz dediyiniz
    8 months ago
  • Rüfət
    Bir dastan sözlər yazıbsız, birdənə tərəvəzin adını yazmayıbsız. Ancaq bizim "jurnalistlər" buna qadirdi
    8 months ago
  • Sabir
    Bu terevez bu tərəvəz bu tərəvəz Bunu hansi tərəvəz yazıb???tərəvəzin adi Aytacdir????
    8 months ago
  • Xxxx
    Çaşıb tərəvəzin adını yazarsan elə şey eləmə. Eləcə tərəvəzin yerinə öz adıvı yaz bəsindir ????????????
    8 months ago