Omar Momani Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karikaturasını hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, Momaninin hazırladığı kariktaturada Şeydayevin Xorvatiya yığmasının qapısına vurduğu qolun anı əks olunub.
Məşhur idman karikaturaçısı həmin görüntünü feysbuk səhifəsində paylaşaraq “Ay sağ ol, Ramil Şeydayev” şərhini yazıb. Sözügedən posta 400-ə yaxın şərh yazılıb, 4 mindən çox “like” gəlib. Omarın instaqramda paylaşdığı sözügedən karikaturasını isə 34 mindən çox insan bəyənib. Toyuqlu pizza
Telegram kanalımız