Ombudsman AŞPA-nın Baş katibi ilə görüşdə mina xəritələri məsələsini qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman AŞPA-nın Baş katibi ilə görüşdə mina xəritələri məsələsini qaldırdı

Siyasət

27 Sentyabr 2022 23:28 964


Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Strasburqda səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi Despina Çatzivasiliu ilə görüşərək, Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunub.

Ombudsman Aparatının Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, çıxışı zamanı ölkəmizin məruz qaldığı insan hüquq pozuntularından danışan Ombudsman hazırda azad edilmiş ərazilərimizin tezliklə və tam şəkildə minalardan təmizlənməsinin həyati əhəmiyyət daşıdığını bildirib.

S.Əliyeva bu baxımdan Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunaraq, mövzu ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığı ayrıca hesabatda da bu məsələnin vurğulandığını xatırladıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!