Ombudsman Avropa Şurasının nümayəndəsi Verena Teyloru qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman Avropa Şurasının nümayəndəsi Verena Teyloru qəbul etdi

Siyasət

02 Noyabr 2021 19:38 686


İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teyloru qəbul edib.

Yenisabah.az xəbər verir ki, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes də görüşdə iştirak edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra mühüm məsələlər barəsində müzakirə aparılıb. Ombudsman qonağa Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, təsisatın insan hüquqlarının və azadlıqlarının müdafiəsi və təmini sahəsindəki çoxşaxəli fəaliyyəti, mandatı və səlahiyyətləri barəsində ətraflı məlumat verib. Pepperoni pizza

Görüşdə gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə barədə danışılıb, həmçinin bu sahədə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) proqramı çərçivəsində bu mövzularda mütəmadi qaydada təşkil edilən təlimlərə Ombudsman Aparatının əməkdaşları da cəlb olunurlar.

S.Əliyeva zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardım göstərilməsi, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, bu sahədə müvafiq tədris vəsaitlərinin hazırlanması istiqamətində birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Yekunda Ombudsman təsisatı ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!