Ombudsmanın nümayəndələri Suriyadan gətirilən qadın və uşaqlarla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ombudsmanın nümayəndələri Suriyadan gətirilən qadın və uşaqlarla görüşdü

Siyasət

26 Noyabr 2022 15:29 779


Ombudsmanın nümayəndələri noyabrın 24-ü Suriyadan gətirilən qadın və uşaqlarla görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların vəziyyəti, psixoloji durumu ilə maraqlanıb, reabilitasiyası ilə bağlı tədbirlər barədə məlumat alıb, hüquqlarının təmini vəziyyətini öyrəniblər. Pepperoni pizza

Xatırladaq ki, müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə noyabrın 24-də 13-ü uşaq, 3-ü qadın olmaqla Suriyadan 16 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!