Ömər Eldarov Rəsulzadənin heykəlini hazırlayıb

Ömər Eldarov Rəsulzadənin heykəlini hazırlayıb

Xalqın səsi Veb saytların hazırlanması

30 Yanvar 2019 00:29 1245


Bu gün Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) təşəbbüsü ilə “M.Ə.Rəsulzadə-Hürriyyət-İstiqlal” mövzusunda dəyirmi masa keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, yazıçı Mehriban Vəzir, professorAlmaz Əliqızı, tarixçilər Yasəmən Qaraqoyunlu və Xəqani İsmayılov, Rəsulzadə irsinin araşdırmaçılarından olan Nəcibə Məlikova, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, MSDM-in üzvü Arzu Səmədbəyli, tanınmış siyasət adamları Rafiq Turabxanoğlu, Mirfazil Həmid, Oqtay Qasımov, Aydın Şükürov və digərləri iştirak ediblər. 

Qəmbər əvvəlcə Rəsulzadənin evinə vurulan barelyefdən “Cümhuriyyət”, “rəhbər”, “Müsavat”, “bani” sözlərinin çıxarılmasına etirazını bildirib. Qeyd edib ki, indiki hakimiyyətin addımlarından asılı olmayaraq, hər kəs Rəsulzadəni cümhuriyyətimizin, Müsavatın və müsavatçılıq ideologiyasının banisi, qurucusu kimi tanıyacaq.

İsa Qəmbər bildirib ki, mövcud hakimiyyət cümhuriyyət dəyərlərinə nə qədər yad olsa da, ziyalılar Bakıda Rəsulzadənin heykəlinin qoyulması və Bakı Dövlət Universitetinə Rəsulzadənin adının qaytarılması məsələsində tələblərini davam etdirməlidirlər. “Rəsulzadənin möhtəşəm bir heykəli hazırlanıb. Heykəltaraş Ömər Eldarovun hazırladığı bu heykəli mən emalatxanada görmüşəm. Ortada siyasi iradə olarsa, başqa heykəltaraşlara da imkan yaratmaq olar. İstənilən halda Bakıda Rəsulzadənin heykəli qoyulmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!