Ömrü qısaldan məhsulların adı açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Ömrü qısaldan məhsulların adı açıqlanıb

Sağlamlıq

30 Aprel 2025 15:08 1033


Sao Paulo Universitetinin professoru Carlos Augusto Monteiro bəzi qidaların ömür müddətini azaltdığını deyib.

Yenisabah.az xəbər verir ki, o, "La Razon" nəşri ilə söhbətində onların adını çəkib.

Monteiro xəbərdarlıq edir ki, ultra emal olunmuş qidalar az miqdarda qida ehtiva edir və istehsalçılar onları yeməli və dadlı etmək üçün müxtəlif zərərli əlavələrdən istifadə edirlər. Bu məhsulların tərkibində böyük miqdarda duz, şəkər və aşağı keyfiyyətli yağlar var. Pepperoni pizza

Mütəxəssis misal olaraq sənaye qənnadı məmulatlarını, pizza, hamburger, dondurma, quru səhər yeməyi, balıq çubuqları, cips, hazır əriştə, konfet, cem və şirin qazlı içkiləri göstərib. Sonda Monteiro bildirib ki, gələcəkdə orqanizm belə məhsullara uyğunlaşa bilməyəcək, ona görə də onları rasiondan xaric etmək daha yaxşıdır./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!