Ömürlük həbs edilən Nuri azadlıqda!

saytların hazırlanması

Evə çatdırılma

Ömürlük həbs edilən Nuri azadlıqda!

Kriminal

15 İyun 2024 21:19 2186


İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini Həmid Nuri azadlığa çıxıb.

“Yeni Sabah” Axar.az-a istinadən bildirir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi məlumat verib.

O bildirib ki, Omanın vasitəçiliyi ilə İran və İsveçin aidiyyəti orqanlarının apardığı danışıqlar nəticəsində İranın keçmiş prokuror müavini Həmid Nuri həbsdən azad olunub və yaxın vaxtlarda o İrana gələcək. Dominos pizza

Qeyd edək ki, 62 yaşlı Nuri 1988-ci ildə İranda ən azı 5000 məhbusun edamında oynadığı rola görə "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və qətl"də təqsirli bilinib. 2022-ci ilin iyulunda ona ömürlük həbs cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!