Ön cəbhədəki əsgərlərlə görüş keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Ön cəbhədəki əsgərlərlə görüş keçirilib

Maraqlı

02 Fevral 2019 23:01 1325


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirilib. 

Komitədən “Yeni Sabah”a daxil olan xəbərə görə, 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə Dövlət Komitəsinin əməkdaşları, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər. Görüş ön xətdə düşmənlə üz-üzə dayanan və torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.

Komitənin təşkilatçılığı ilə məcburi köçkün ailələri tərəfindən hazırlanmış sovqat və hədiyyələr hərbi hissənin şəxsi heyətinə təqdim olunub.  Toyuqlu pizza

Görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, şəhid valideynləri Əşrəf Qəhrəmanov və Ələkbər Hüseynov,  Aprel döyüşlərinin iştirakçısı, veteran hərbçi Elşən Əzimov çıxış ediblər. Sonra əsgər yataqxanasına toplaşan görüş iştirkçıları  tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynovun, gənc  müğənni Cümşüd Kərimlinin və hərbi hissədə xidmət edən istedadlı əsgərin ifalarını dinləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!