“Məlum məsələdir ki, Ruben Vardanyan niyə belə deyib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
Millət vəkili Qarabağdakı separatçı rejimin “dövlət naziri” olan Ruben Vardanyanın ““Artsax” öz gələcəyini Azərbaycanla bir görmür. Biz Azərbaycanla yalnız yan-yana yaşaya bilərik, birlikdə yox” açıqlamasına münasibət bildirib. Dördpendirli pizza
E. Məmmədova görə, Vardanyan kimi bir cinayətkar Rusiyada milyardları qazanırdısa, təbii ki, o, müstəqil və sərbəst ola bilməzdi. Onun fikrincə, Rusiya dövləti də belə bir “dığa”nın gedib orada milyarder olmasını elə-belə qəbul edə bilməz:
“Vardanyan da təbii ki, Rusiya rəhbərliyinin “xeyir-duası” ilə o milyardları qazanıb. Ona tapşırıq verilib, yoxsa o, öz başına gəlməyib ki?! Ona nə olmuşdu ki, Rusiyada milyarder həyat tərzi yaşadığı vaxt birdən-birə gəldi çıxıb gəldi Azərbaycana. Təbii ki, bu, öz xoşuyla, yaxud özbaşına gəlməyib. Bunun Kremldəki ağaları deyiblər ki, “ya getməlisən Qarabağa və bizim tapşırıqlarımızı yerinə yetirməlisən, ya da burada qazandıqlarını əlindən alıb, özünü də ən yaxşı halda içəri qoyarıq, pis halda isə məlumdur, yox edərik!””.
Müsahibimiz hesab edir ki, Ruben Vardanyan belə bir məcburiyyət qarşısında qalaraq Xankəndiyə gəlib:
“Onun Moskvadakı ağaları hansı təlimatları veribsə, o cür də danışıb, o cür də hərəkət edir. Yəni bu məsələ 2x2-dir. Burada çətin bir cavab yoxdur. Heç kim ağrımaz başına buz bağlamaq istəməz, o cümlədən bu cinayətkar Vardanyan. O məcburən göndərilib ki, “get, otur, orada. Sən Xankəndidə bizi təmsil edəcəksən, nə deyəcəyiksə, sən də onu icra edəcəksən”. Bu məsələ belədir”.
Milli Məclisin deputatı əmin edib ki, bu yaxın gələcəkdə şahidi olacağıq ki, Vardanyan və onun kimilər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən gətiriləcək və cəzalarını alacaqlar:
“İndi də Araik orada-burada sülənir, başını götürüb Xankəndidən qaçıb. Qısası, Vardanyanın Qarabağa gəlməsi şəxsi məsələ deyil və onun dedikləri də özünün şəxsi fikirləri deyil. Yenə deyirəm, hansı təlimatlar verilirsə, o təlimatları icra edir. Ancaq Vardanyan unutmamalıdır ki, 44 günlük müharibədə ərazilərimizi işğaldan azad edən Azərbaycan ordusu bir gün Xankəndidə peyda olacaq və Vardanyan da o biri separatçılarla birlikdə onların ayaqları altında qalacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız