“Onlar bayquşdur, xarabalığı sevirlər“   - Baba Vəziroğlu

saytların hazırlanması

Evə çatdırılma

“Onlar bayquşdur, xarabalığı sevirlər“ - Baba Vəziroğlu

Siyasət

01 Aprel 2022 12:12 801


Azərbaycan bir neçə gün öncə öz ərazisində, konkretləşdirsək, Fərrux kəndində mövqeyini dəyişən kimi Qərbdən Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ermənilərin mövqeyini müdafiə edən fikirlər səsləndirilməyə başlandı. 

Amma Rusiya-Ukrayna müharibəsinin başladığı ilk gündən bəri işağala məruz qalan Ukraynanın tərəfində olan Qərb Azərbaycana qarşı eyni münasibəti göstərmədi.

Bəs bu cür ikili standart necə başa düşülə bilər? pizza hut

Mövzu ilə bağlı Yenisbaah.az-a danışan şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu münasibətin hər zaman olduğunu bildirib:

 “Bu cür ikili standart həmişə olub. Bu cür yaşayan ölkələr, insanlar həmişə olub və olacaq. Onlar qeyri-səmimi, yalnız kooperativ maraqlarını güdən ölkələrdir. Onları dəyişmək mümkün deyil. Sadəcə onları tanımaq lazımdır. Bilməliyik ki, belə ölkələrə heç vaxt bel bağlamaq olmaz. Onların sözünə etibar etmək olmaz. Ümumiyyətlə, siyasətdə belə bir anlam var, siyasət balinası Çörçil demişdi ki, İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları var”.

O, qeyd edib ki, siyasət meydanında heç bir əxlaqi dəyər yoxdur və Azərbaycan hər zaman ehtiyatlı davranmalıdır:

“Siyasət belə bir meydandır, orada dost yoxdur. Düzdür, bəzən terminologiyada bu ifadəni istifadə edirik, amma bunlar hamısı müəyyən vəziyyət yetişənə qədər belə olur. Kritik anlarda hər kəs közü öz qabağına çəkir, öz mənafeyini güdür. Bu siyasətdə heç qınanılmır. Biz qınaya bilərik, çünki bizə qarşı bu cür münasibət göstərilir, amma qərb ölkələri o düşüncədədir ki, bizim xalqın xeyrinə nə varsa, biz onu edə bilərik. Məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur. Siyasət çox iyrənc, heç bir əxlaqi kriteriyaları olmayan bir meydandır. Bu mənada heç kimi qınaya bilmərik. Sadəcə bir prinsipimiz var: güclü olmalıyıq, xalqla iqtidar birliyi olmalıdır, çünki hər dəqiqə bizi istəməyən qüvvələr çalışırlar ki, bu birliyi pozsunlar. Ağacı qurd həmişə içindən yeyir. Bizi iqtisadi cəhətdən zəiflətməyə, ruhdan salmağa çalışırlar. Bütün bu vasitələr onlar üçün məqbuldur ki, çiçəklənən bir Şərq ölkəsi olmasın. Bayquş xarabalığı sevən kimi, onlar da bunu sevir. Qərb bayquş xislətlidir. Mən Qərbi həmişə belə görmüşəm. Biz bu gün Rusiyanı, yaxud başqalarını belə görürük, amma mən bu günə qədər görməmişəm ki, Qərb hansısa bir ölkəyə firavanlıq, əsl azadlıq arzulasın. Biz bunu bilməliyik və milli birlik faktorlarını qorumalı, güclü olmalıyıq. Sabaha inanmalı, dost-düşmənimizi tanımalıyıq, işimizi ehtiyyatla görməliyik”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!