“Onlar bir az da vəzifədə qalsalar...”   – Xalq şairi Nəriman Həsənzadə

saytların hazırlanması

Evə çatdırılma

“Onlar bir az da vəzifədə qalsalar...” – Xalq şairi Nəriman Həsənzadə

Mədəniyyət

07 May 2020 11:53 1720


Tarixən ölkədə gedən proseslərə reaksiya verən kəsim arasında yazıçılar, şairlər böyük rol oynayıb. Hətta biz M.Ə.Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı kimi şəxslərin əsərlərinə baxdıqda onların yaşadıqları dövr haqqında rahatlıqla düşünə bilirik. Həmin dövrdə hansı hadisələrin müzakirə predmeti olduğu bizə qaranlıq qalmır. Çünki şair, yazıçı, dramaturq öz dövrünün güzgüsüdür. Lakin indi vəziyyət bir qədər fərqlidir. İstisnaları nəzərə almasaq, bu kəsim hazırda ictimai-siyasi proseslərdən uzaq qalmağı daha üstün tutur. 

Yenisabah.az yaradıcı insanların karantindəki vəziyyətini müəyyənləşdirmək üçün akademik, xalq şairi, dramaturq Nəriman Həsənzadə ilə söhbətləşib:

- Nəriman müəllim, yaradıcı insan üçün ilin ən gözəl fəslini dörd divar arasında keçirmək çətin deyil ki?  Pepperoni pizza

- Əlbəttə, karantin rejimidir, çətinlik, sıxıntı var, xəbərləri eşidib pis oluruq, yoluxanların sayının artması bizim üçün heç xoş deyil. Dünyada, Azərbaycanda tədbirlər görülsə də,virus hələ də yayılır, gərək virusu bir təhər yola verək. 

- İnsanları evə “həbs edən” pandemiya həyat və yaradıcılığımıza da təsirsiz ötüşmür. Koronavirus sizi yaradıcılıqdan geri qoymayıb ki? Yazı-pozu işlərinə əvvəlki həvəslə davam edirsiniz? 

- Bir poemam var idi, işləyib onu çapa verdim. Adı “Gözüm o gözlərdə qaldı”dır. Sonra bu müddət ərzində silsilə şeirlər işləmişəm. Onları indi çapa hazırlayıram. Həmçinin əlimdə bir tarixi əsər var, onu hazırlamaq üçün bir sıra mənbələri təkrar-təkrar oxuyuram ki, birdən nəsə gözümdən qaçar, əlavə mənalar çıxarım. Amma təbii həmişə yazıb-yaratmaq olmur, arada bir az dincəlmək də lazımdır. Qadağandır deyə havaya çıxa bilmirəm, elə bütün gün evdəyəm. Yaxşı olardı ki, 65 yaşdan yuxarılara da heç olmasa 3 saat icazə verilsin, biz də hava alaq. 

- Nəriman müəllim, sizin maraqlı müsahibələriniz olub. Xatirimdədir, universitet vaxtlarında bir müsahibənizi çox bəyəndiyim üçün paylaşmışdım. Amma o müsahibənin mənim qədər yaşı var. 1998-ci ildə götürülüb. 22 ildə Nəriman Həsənzadənin düşüncələrində nələrin dəyişdiyini görmək üçün oradakı suallardan bir-ikisini vermək istəyirəm. Sizin üçün zaman nədir? 

- Zaman hər şeydir. Allah rəhmət eləsin, İlyas Əfəndiyev həmişə deyərdi ki, insan vaxta baxır, vaxt isə heç nəyə baxmır. Zaman çox böyük hadisədir və heç nəyə doğrudan da baxmır. Çalışıb zamanı doğru qiymətləndirməliyik. Onda necə cavab vermişdim görəsən, marağımı çəkdi. 

- Belə cavab vermişdiz: “Təəssüf ki, ağır mənəvi sıxıntıdır. Hayana baxıram, hamı pul sayır. Cibi milyoner, ürəyi pensiyaçı olanların sayı artır. Varlılar, kasıblar zəmanəsidir. "Müdriklər küçədə qışqırır, onu eşidən yoxdur" (Şekspir). Çadırlarda dahi yetişir. Torpaqlarımız düşmən əkir. "Bir səs qulağıma döz deyir, qızım. Mən dözdüm, yaş ötdü, məndən xəbərsiz!" . 

- Görünür pul olan yerdə bacarıq ölürmüş. Ona görə elə demişəm. İndi ki, bu koronavirus yayılıb, o məni incidir. Yəni bəşəriyyəti doğrudan da bu vəziyyətə salmaq olarmı? İnsanın mənəviyyatını təhqir etmək, mədəniyyəti məhv etmək olarmı? Bu vəziyyəti daha görmək istəmirəm, nifrət edirəm. Bunu yaradanlara dəhşətə gəlirəm. İnsanlar vuruşur, amma kimlə vuruşduqlarını bilmirlər. 

- İkinci sual da budur: “Həyatda heç nəyə dəyişə bilmədiyiniz xatirəniz olub?” 

- İnsan həyatında həmişə unuda bilmədiyi anlar və günlər olur, bu təkcə bir an ola bilməz. O anlar, günlər birləşib insanı yazıçı edir, ləyaqətli edir. Onlar olmasa, axırımız nə olar?

- Öz sualıma keçid edim. Vaqif Səmədoğluya bir gün sual verirlər ki, darıxırsızmı? O da cavabında “57 ildir ki, darıxıram” deyir, yəni doğulduğu gündən... Bəs Nəriman Həsənzadə nə vaxtdan darıxır, ümumiyyətlə darıxırmı? 

 - Yox, əksinə mən heç darıxmıram, darıxmamışam da. Düzü, darıxmaq üçün səbəb tapmıram. Axı niyə darıxım ki? Hərənin bir cür xasiyyəti olur. Mən darıxacağım anları məşğuliyyətlərlə doldurmuşam. Darıxacağım situasiya yarananda kitab oxuyuram, yazı yazıram, başqa işlər görürəm. 

- Sizinlə biraz da gündəm məsələlərinə toxunmaq istəyirəm. Siz ölkədə cərəyan edən proseslərə münasibət bildirən, ortaya mövqe qoyan şairlərdənsiniz. Korrupsioner, rüşvətxor məmurlara qarşı mübarizəni, hüquq mühafizə orqanlarının həyata keçirdiyi silsilə həbsləri necə qiymətləndirirsiniz? 

- Adamın halal haqqını əlindən alıb yeyənə nə deyəsən? Mən prezidentin atdığı bu addımları qəlbdən dəstəkləyirəm. Vəzifədən sui-istifadə etmək, sənin olmayana əl uzatmaq olmaz. Hələ qədim dövrdə Yunanıstanda deyirdilər ki, kiməsə başqasının hesabına hörmət eləmək özü bir cinayətdir. Prezident danışır, xəbərdarlıq edir, amma bunlara xeyri yoxdur, ikrah hissi doğururlar. Bu cür davranışlar insan ləyaqətinə yaraşmayan şeylərdir. Belə icra başçısı olmaq olmaz. Onları cəmiyyətdən kənarlaşdırmaq lazımdır. Çünki cəmiyyəti çürüdürlər. Vəziyyət hamımızı narahat edir. Onlar axı niyə baş verənlərdən dərs çıxarmır? Belə ziyalı olmaz. Xalqa ayrılan yardımı yemək yox, xalq üçün çalışmaq lazımdır. Onlar biraz da vəzifədə qalsa, cəmiyyəti xarab edərlər. Tədbirlər davam etməlidir. 

- Bəziləri düşünür ki, yaradıcı insanlar, cəmiyyətdə sözünün çəkisi olan adamlar proseslərdən kənarda qalmağa üstünlük verirlər. Sizcə, ziyalılar Prezidentin “savaş açdığı” korrupsioner məmurlarla mübarizədə niyə fəal deyillər? 

- 65 yaşdan yuxarılara bayıra çıxmaq qadağandır. Hamımız evdə oturmuşuq. Amma biz həmişə fikrimizi demişik, ola bilər ki, insanlar oxumurlar. Oxuyan azdır. Bizim qəzetimiz, jurnalımız var, televiziya var. Həmişə fikrimizi bildiririk. Əgər bunu eşitməyənlər varsa, bu, artıq onların problemidir. Prezident kimin üçün çalışır? Əlbəttə, bizim üçün çalışır. Mehriban Əliyeva insanlara ana, bacı kimi müraciət elədiyini deyir, hamını ehtiyatlı olmağa çağırır. Dünyada kim belə səmimi müraciət edib? Mədəni müraciəti kimlərsə qiymətləndirə bilmirsə, əldən nə gəlir? Yaradıcı adamlar bu müraciətləri yaxşı qiymətləndirir. 

- Maraqlıdır, gələcək yazılarınızda mövcud vəziyyətlə bağlı məsələlərə toxunulacaqmı? Məsələn, koronavirusla bağlı nəsə yazmağı düşünürsünüzmü? 

- Mən artıq yazmışam, şeirdir, amma çapa verməmişəm. Hər kəs evinə sürgün olunub. Yaradıcı adam boş otura bilmir. Biz öyrəşmişik ki, dərsə gedək, tələbələrlə görüşək, mühaziərələr oxuyaq. Birdən-birə hər şey dayandı. Əlacı yazmaqda tapırıq. 

- Nəriman müəllim, sizi sevən oxucularınıza son olaraq nə demək istəyərdiniz? 

- İnsan dözümlüdür, Quranda da deyilir ki, səbr böyük şeydir. Çətin günü ömrü az olar. M.P.Vaqif M.V.Vidadiyə yazdığı şeirində deyirdi ki, “Toy bayramdır bu dünyanın əzabı/Ağlı olan ona gətirər tabı...” . İnsan ucalıq, məğrurluq deməkdir, həmişə dözür və qalib gəlir. İnamımızı itirməmliyik. Makedoniyalı İskəndər Şərqə hücuma gedəndə Makedoniyada hər şeyini paylayıb. Soruşurlar ki, bəs sənə nə qaldı? Cavab verir ki, mənə qalan ümiddir. Ümidlə gedirəm. Ümid böyük şeydir, bizi yaşadır. Hər şey yaxşı olacaq, inamlı olaq. 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!