Onlar da Ermənistana təhvil veriləcəklər?

saytların hazırlanması

Evə çatdırılma

Onlar da Ermənistana təhvil veriləcəklər?

Siyasət

14 Yanvar 2026 22:32 6047


Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

Bu addım obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər.

“Yeni Sabah” xəbər verir ki, APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdiyi məlumata görə, belə ehtimal yoxdur. Dominos pizza

“Bu ehtimallar illüziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”, – deyə hakimiyyətdəki mənbə bildirib.

Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib:

“Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Çox məyisedici haldır.Xocalı qatillərini və Azərbaycan xalqına qarşı xinayətlər törətmiş caniləri Ermənistana təhvil vermək ən azından şəhidlərimizə,qazilərimizə qarşı hörmətsizlikdir.
    4 months ago
  • Nadir
    Iki ildir yedirdiyiniz ermenileride tehvil verin . Onlarlnda yediyi payl yerli kaslb camata verin.haram
    4 months ago