“Azərbaycan və Türkiyə diaspor təşklatlarının əməkdaşlığı heç bir başqa xalqın diaspor təşkilatına qarşı yönəlməyib. Bundan narahat olanlar soydaşlarımızın yaşadıqları ölkələrdə inkişafına qarşı olanlardır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Modern Media Group-un baş direktoru Elşad Eyvazlı deyib. Qeyd edib ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi heç bir ölkəyə qarşı deyil: “Bundan narahat olanlar Azərbaycanın ərazi bütövlüyünə qarşı olanlardı”.
Elşad Eyvazlı Azərbaycan-Türkiyə media əməkdaşlığının hansısa qüvvələrə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, ancaq təbliğatımıza qarşı çıxanlar bundan narahat ola bilərlər: “Yuxarıda sadalananlara qarşı çıxanlar Azərbaycan dövlətinin düşmənidir. Bu, birmənalıdır. Təəssüf ki, içimizdə də buna qarşı olanlar var. Onlar bizim üçün ermənilərdən da təhlükəlidir”. Toyuqlu pizza
Telegram kanalımız