“Onlar fahişəlik azadlığı uğrunda mübarizə aparır” –   Cəlaloğlu feministlərin aksiyasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Onlar fahişəlik azadlığı uğrunda mübarizə aparır” – Cəlaloğlu feministlərin aksiyasından danışdı

Siyasət

07 Avqust 2021 23:23 7305


“Avropada feministlərin, cinsi azlıqların hərəkatları demokratiyanın göstəricisi hesab olunur. Azərbaycanda belə aksiyaların keçirilməsi də Qərbə göstərmək üçündür. Bu, hökumətin razılığı ilə həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda feminist hərəkatı yoxdur. Bu qadınlar anti-feministlərdir, fahişəlik azadlığı uğrunda mübarizə aparırlar”.

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu feministlərin Bakıda keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.

S.Cəlaloğlunun sözlərinə görə, klassik feminizm qadınları cinsi istismar obyektindən çıxarmağa yönəlmiş hərəkat idi:  pizza hut

“Bunun başında görkəmli insanlar dururdular. Roza Luksemburqu, Klara Setkini misal çəkmək olar. Bu şəxslər qadınların təhsil, seçki, əmək hüquqlarını müdafiə edirdilər. Azərbaycanda qadınların təhsil, seçki, əmək hüquqları var. Burada feminizmə əsas var? Xeyr!".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!