“Onlar həmişə arvad hesabına qabağa gedib“   - Hafiz Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Onlar həmişə arvad hesabına qabağa gedib“ - Hafiz Hacıyev

Siyasət

14 Dekabr 2021 14:16 5605


Xankəndidəki Ana və Uşaq Mərkəzinin ginekoloqu Manuş Sarkisyan erməni qızların pul qarşılığında bədənlərini Rusiya sülhməramlılarına satdığını bildirib. 

Ginekoloq belə deyib: “Onlar fahişəliklə məşğul olan qadınlar deyil. Müraciət edənlərin əksəriyyəti 17-24 yaşlı qızlardır. Onlar çətin həyat şəraitindən, maddi imkansızlıqdan rus hərbiçiləri ilə münasibətdə olurlar. Bu dəhşətli mənzərədir. Mənə müraciət edən 344 qız sülhməramlılar tərəfindən zorlanıb”. 

Son vaxtlar Qarabağda rusların sayının artmasını bu amillə əlaqələndirənlər var. Doğrudanmı, rus sülhməramlılarının sayının artması erməni qızları ilə bağlıdır? pizza mizza

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, ermənilərin tarixən bu cür addımlar atdığını bildirib:

“Bu hadisə ilk dəfə yaşanmır. Ermənilər hər zaman arvadlarını qabağa verməklə özlərinə kariyera qurublar, vəzifə əldə ediblər. İstər xaricdə, istərsə də daxildə. 

Bu gün Xankəndidə rus ordusunda olan əsgərlər erməni qızları ilə evlənmək istəsələr bunu pis qarşılamaq olmaz. Ermənilər qızlarını qabağa verməklə özlərinə nüfuz, dost qazanmaq istəyirlər. Bu isə təbiidir, “ermənilərin bicliyi” kimi qəbul etmək lazımdır. Ermənilər tarixən arvad hesabına irəli gedən millət olublar, təəccüblü bir hadisə deyil”.

Mehri QURBAN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!