Onlar İlham Əliyevə yazır...

saytların hazırlanması

Evə çatdırılma

Onlar İlham Əliyevə yazır...

Xalqın səsi

03 Oktyabr 2020 07:40 2223


Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar Azərbaycan vətəndaşları ilə yanaşı bir sıra ölkələrdən də Prezident İlham Əliyevə dəstək məktubları göndərirlər. “Yeni Sabah” məktublardan bir neçəsini təqdim edir:

Rübabə İsmayılovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Sizin rəhbərliyinizlə Azərbaycanın rəşadətli ordusunun göstərdiyi şücaətlər bizi sevindirir. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirik.

Biz Sizin haqq işinizi dəstəkləyirik və Sizinlə birlikdəyik. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, biz Qarabağı azad edəcək və şəhidlərimizin ruhunu şad edəcəyik.

Allah Sizi bu xalqdan, xalqı da Sizdən ayırmasın.

Hörmətlə,

İsmayılova Rübabə Mirağa qızı

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Niyazi Aslanovun həyat yoldaşı

Azərbaycan Respublikası, Goranboy rayonu, Tapqaraqoyunlu kəndi

Kamal Kamalovdan, Zaqatala, Azərbaycan

Cənab Ali Baş Komandan.

Mən Qarabağ döyüşləri əlilinin oğlu olaraq, Sizi yeddi kəndin alınması ilə bağlı xəbərinizi ürəkdən təbrik edirəm. Çox az qaldı, cənab Prezident. Düşmənləri bizim torpaqlardan çıxaracağıq. İşğal etdikləri ərazilərimizi tərk etmələri üçün bu zamana qədər düşmənə vaxt verdik, lakin torpaqlarımızdan çıxmadılar. Biz də öz torpaqlarımız uğrunda öz torpağımızda döyüşürük.

Vətən məni bu dəqiqə çağırsa, ön cəbhəyə getməyə hazıram. Şəhidlərin qanı yerdə qalmayacaq. Qələbə bizimdir. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!

Hörmətlə,

Kamalov Kamal Məmmədnəbi oğlu

Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Tala kəndi.

Bəxtiyar Qurbanov və Mübariz Niyazovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Biz mənfur qonşularımız, erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizəni dəstəkləyirik və ehtiyac yaranarsa, göstərişiniz əsasında bu mübarizəyə hər an qoşulmağa hazır olduğumuzu bildiririk.

Allahdan arzumuz budur ki, İnşallah, dediyiniz kimi, Azərbaycanın bayrağını Şuşada qaldıraq və həmin bayrağı Azadlıq Meydanına gətirib xalqımıza nümayiş etdirək. Bu işdə Allah Sizə yar olsun.

Hörmətlə,

Qurbanov Bəxtiyar Cəlil oğlu

Niyazov Mübariz Xanəli oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu.

Aynurə Tağıyevadan, Sumqayıt, Azərbaycan

Cənab Ali Baş Komandan.

Sizə bu məzmunda təşəkkür məktubu yazmaq mənim çoxdankı arzum idi. Bu arzuma çatdığıma görə Sizinlə fəxr edirəm.

Bu gün səngərdə düşmənlə üz-üzə olan əsgərlərimizin şücaəti qarşısında baş əyirik. İgidlərimizin qəhrəmanlığı sayəsində ermənilərin doğma yurdumuzdan qaçmaqdan başqa şansı yoxdur.

Sizi çox sevirik. Allah bütün xalqımızı, əsgərlərimizi qorusun.

Hörmətlə,

Tağıyeva Aynurə Natiq qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Xəyalə Əkbərovadan, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bütün ailəmiz adından Sizi və xalqımızı ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi münasibətilə təbrik edirəm. İnanırıq ki, Sizin rəhbərliyinizlə nəhayət ki, ata-baba torpaqlarımız mənfur düşməndən azad ediləcək və Qələbə sevincini bütün xalqımızla birlikdə Şuşada Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcəyik. Şəhidlərimizin ruhu şad olsun. Bu çətin və şərəfli işinizdə Sizə yeni böyük uğurlar arzu edirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Xəyalə Əkbərova

Azərbaycan Respublikası, Bakı şəhəri.

Gülsurə İsmayılova və Ağasən Şükürovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Ermənistan qoşunları tərəfindən işğal edilmiş torpaqlarımızda Milli Ordumuzun əldə etdiyi uğurlar, cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri daha da ruhlandırır. İnanırıq ki, tezliklə qələbə xəbərləri işğal edilmiş torpaqlarımızda - Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında və digər rayonlarımızda Azərbaycan bayrağının dalğalanmasına qədər davam edəcək. Bütün Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Sizin rəhbərliyinizlə çox uzaqda olmayan Qələbə sevincini yaşayacağımıza inanırıq. Qüdrətli Ordumuzun uğurları tezliklə bütün tarixi torpaqlarımızın işğalçılardan azad ediləcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına böyük əminlik yaradır. Azərbaycan Respublikası öz tarixinin mürəkkəb və şərəfli bir dövrünü yaşayır. 30 ilə yaxındır ki, təcavüzkar Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Beynəlxalq hüquqa məhəl qoymayan işğalçı dövlət beynəlxalq təşkilatların, həmsədr dövlətlərin qərar və qətnamələrini yerinə yetirməkdən aşkar şəkildə imtina edir. Azərbaycan dövlətinin sülhpərvər siyasəti Ermənistanın cinayətkar rejimi tərəfindən qəbul edilmir. Təcavüzkar dövlət son dövrlərdə özünün işğalçı niyyətlərini daha da artıraraq Azərbaycanın yeni torpaqlarını ələ keçirmək iddiası ilə çıxış edir.

Hörmətlə,

İsmayılova Gülsurə Tərlan qızı

Şükürov Ağasən Ağasəf oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

İlahə Cəfərovadan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Sizin Ali Baş Komandanlığınızla rəşadətli ordumuz tərəfindən düşmənin törətdiyi təxribatın qarşısı qəhrəmanlıqla alınır. Cəbhə bölgəsində yaşayan bir məcburi köçkün kimi bu məni hədsiz dərəcədə qürurlandırır. Cəbhəyə çox yaxın ərazidə yaşamağıma, burada gedən döyüşlərə baxmayaraq heç nədən qorxmuram, Sizə və ordumuza güvənərək həyatıma davam edirəm. Burada yaşayan hər bir şəxsdə böyük ruh yüksəkliyi var, hər birimiz həsrətlə qələbə gününü gözləyirik.

Cənab Prezident, hər zaman Sizin arxanızda, ordumuzun yanındayam. Lazım olarsa, Vətənimin ərazi bütövlüyü uğurunda könüllü olaraq döyüşlərə qoşulmağa hazıram. İnanıram ki, Sizin rəhbərliyinizlə müzəffər ordumuz tezliklə xalqımıza qələbə sevincini yaşadacaq, üçrəngli bayrağımızı Qarabağın gözü olan Şuşa şəhərində dalğalandıracaq. Əminəm ki, zəfərə sayılı günlər qalıb.

Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Ordumuzun geniş miqyaslı uğuru münasibətilə Sizi bir daha təbrik edirəm.

Hörmətlə,

Cəfərova İlahə Akif qızı

Azərbaycan Respublikası, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi.

Xəlil Hüseynov və Rəfael Ağayevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Masallının Öncəqala kənd müəllimləri adından Sizi və ordumuzu döyüşdəki uğurlu qələbələrə görə təbrik edirik. Fəxr edirik ki, Sizin Prezidenti olduğunuz respublikada yaşayırıq.

Sizin inamlı və qətiyyətli çıxışlarınız bizi qələbəyə ruhlandırır. Hər an Sizin yanınızdayıq, bir çağırışla hər birimiz silaha sarılmağa hazır müsəlləh əsgərlərik. Qarabağ bizimdir, qələbə bizimlədir!

Hörmətlə,

Hüseynov Xəlil Zakir oğlu

Ağayev Rəfael Adil oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Öncəqala kəndi.

Şükür Axundov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Kəndlərimizin işğaldan azad olunması xəbəri hamımızın həsrətinə son qoydu. Tezliklə bu həsrətin Şuşada, Xankəndidə də bitəcəyinə, tezliklə oraların da azad olunması xəbərini eşidəcəyimizə əminik.

Biz indi çox qürurluyuq. Biz və bizim kimi minlərlə azərbaycanlı döyüşməyə hazırdır. İnşallah, Qələbə qazanacaq və bayrağımızı Qarabağda, Xankəndidə asacağıq.

Hörmətlə,

Axundov Şükür Cəmil oğlu

Məmmədov Nizami Miri oğlu

Məmmədov Eldəniz Gündüz oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

Samir Hacıyevdən, Şəki, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Apardığınız uğurlu siyasətə, qətiyyətli mövqeyinizə görə Sizə bir vətəndaş kimi dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Xalqımız çox yaxşı bilir ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi və atəşkəsə nail olması dövlətimizi çox böyük təhlükələrdən xilas etdi. Eyni zamanda, Sizin son iyirmi ilə yaxın vaxt ərzində apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmiz daha da inkişaf etdi, ən əsası isə ordumuz dünyanın ən güclü orduları siyahısında özünə yer aldı. Bu gün qəti əminik ki, erməni terrorçuları güclü ordumuzun qarşısında çox davam gətirə bilməyəcək. Uca Tanrı qələbə xəbərini eşitməyi tezliklə xalqımıza nəsib etsin. Allah Sizi və Ordumuzu qorusun.

Hörmətlə,

Hacıyev Samir Sənan oğlu

Azərbaycan Respublikası, Şəki şəhəri.

Fərid Yusifovdan, Astara, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Azərbaycan dövlətinin 2003-cü ildən ötən müddət ərzində Sizin tərəfinizdən bütün sahələr üzrə uğurla inkişaf etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başladığınız haqq-ədalət müharibəsi bütün xalqımız kimi Astara rayon sakinləri tərəfindən sevinclə qarşılanır.

Cənab Prezident, biz, Astara rayon ictimaiyyətinin nümayəndələri qəti olaraq əminik ki, Sizin rəhbərliyinizlə başlayan haqq-ədalət müharibəsi erməni faşistlərinin işğalında olan bütün torpaqlarımızın tezliklə azad edilməsi ilə başa çatacaq. Ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin ruhu şad olsun. Ulu Tanrının köməyi ilə üçrəngli bayrağımız Xankəndində, Azərbaycanın mirvarisi olan Şuşada və bütün Qarabağda dalğalanacaq.

Tanrı Sizi və ordumuzu qorusun.

Hörmətlə,

Fərid Valeh oğlu Yusifov

Azərbaycan Respublikası, Astara rayonu.

Zaur Məmmədovdan, Lənkəran, Azərbaycan

Cənab Ali Baş Komandan.

Son zamanlar baş verən hadisələr bizi ürəkdən sevindirir, ordumuzun uğurları, beynəlxalq münasibətlər sistemində Sizin qətiyyətli addımlarınız, xüsusilə bütün forumlarda, debatlarda Ermənistan rəhbərliyini susdurmağınız real həqiqətlərin bütün dünyaya çatdırılmasına xidmət edir. Lənkəran gəncləri olaraq, hər zaman Sizin yanınızda olduğumuzu bildirir, bütün varlığımızla Vətənə, dövlətçiliyə xidmət etməkdən qürur duyuruq.

Hörmətlə,

Zaur Məmmədov

Azərbaycan Respublikası, Lənkəran şəhəri.

Minə Nərimanovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Siz daim Qarabağ məsələsinə həssaslıqla yanaşmış, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışmısınız. Qarabağ məsələsinə ikili standartlarla yanaşan dünya dövlətləri bir tərəfdən Azərbaycanı danışıqlara çağırsa da, digər tərəfdən öz əlaltıları vasitəsilə ölkə daxilindəki sabitliyi pozmağa cəhd etmişlər. Ermənilərin iyul ayında Tovuz bölgəsində, sentyabrın 27-dən isə sərhədboyunda dinc əhalini ağır artilleriya atəşinə tutması düşmənin əsl niyyətini göstərdi. Onlar mülki şəxsləri öz çirkin əməllərinin qurbanına çevirmək istəyirlər. Sizin uğurlu xarici siyasətinizin nəticəsidir ki, qardaş Türkiyə, Pakistan, Ukrayna, İsrail və digər nüfuzlu dövlətlər Azərbaycanın haqq işini dəstəklədiklərini bildirmişlər. Bu gün bizim hər birimiz Vətən qarşısında müsəlləh əsgərik. Sizin komandanlığınız və Ulu Tanrının köməyi ilə biz tezliklə Qarabağa zəfər bayrağımızı sancacağıq.

Dərin hörmətlə,

Minə Nərimanova

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Sarıcalı kəndi.

Muhammet Ali Aktaşdan, Mersin, Türkiyə

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Türkiyədə yaşayan qardaşınız olaraq bu həyəcanlı günlərdə Azərbaycan xalqının yanındayam. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın azad olunması, azərbaycanlıların evlərinə qayıtması Sizin uğurlu siyasətinizin və əsgərlərinizin hünəridir.

Zəfər çalacağınıza əminəm və bu yolda bütün qərarlarınızı dəstəkləyirəm. Məni də əmrinizə hazır olan əsgəriniz hesab edə bilərsiniz.

Bir daha Azərbaycan xalqına ehtiramımı bildirir, uğurlarınızın davamlı olmasını arzulayıram.

Hörmətlə,

Muhammet Ali Aktaş

Türkiyə Respublikası, Mersin şəhəri.

Aydın Polatdan, Ərzurum, Türkiyə

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Mən “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş”nin Azərbaycan Respublikasındakı filialının müdiri olaraq bu məktubu yazmaqla Sizə dərin hörmətimi və dəstəyimi bildirmək istəyirəm. Biz Türkiyə şirkəti olaraq artıq 13 ildir Azərbaycan Respublikasında yol tikintisi və yenidən qurulması layihələrini həyata keçiririk. Biz bu müddət ərzində heç bir zaman özümüzü xarici ölkədə hiss etməmişik və hər zaman doğma ölkəmizdəki kimi münasibət görmüşük. Azərbaycan və Türkiyə hər zaman bir bədəndə iki can olmuş və hər mövqedə bir-birinə dəstək nümayiş etdirmişdir. Bu günlərdə can Azərbaycan öz haqqı olan torpaqlarını erməni işğalından təmizləmək və ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır. Mən öz şəxsimdə və eyni zamanda, rəhbəri olduğum şirkətin imkanları üzrə hər zaman Azərbaycan dövlətinin yanında olduğumuzu bildirmişik. Allah bu yolda bizə, əsgərlərimizə dözüm və güc versin. Tezliklə Qələbə xəbərini şəxsən Sizdən almağın intizarındayıq. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, yaşasın bütöv Azərbaycan. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Aydın Polat

Türkiyə Respublikası, Ərzurum şəhəri.

Cuzeppe Kaniliadan, Napoli, İtaliya

Hörmətli cənab Prezident. Toyuqlu pizza

Ölkəniz üçün ciddi, eyni zamanda, qürurlu məqamda “Napoli-Bakı” Assosiasiyasının Azərbaycanın və xalqınızın yanında olduğunu ifadə edirik.

Münaqişənin tez bir zamanda həll olunması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq davasında İtaliyanın və napolilərin Sizi tam dəstəklədiyini bildiririk.

Bir daha Napoli-Bakı Asossiasiyası və Azərbaycanın bütün italyan dostlarının lazım ola biləcək istənilən dəstəyə hazır olduqlarını bildirirəm.

Azərbaycanın yanındayıq.

Hörmətlə,

Cuzeppe Kanilia

Napoli-Bakı Assosiasiyasının sədri

İtaliya Respublikası, Napoli şəhəri.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!