“Onlar istəmir ki, Türkiyə sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etsin“

saytların hazırlanması

Evə çatdırılma

“Onlar istəmir ki, Türkiyə sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etsin“

Siyasət

16 Mart 2022 10:37 2388


"Paşinyan yenə də zəng edib şikayətlənməyə başlayıb ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir... Sonra Blinken Əliyevə zəng edərək Paşinyanın “Minsk prosesi”ni davam etdirmək ideyasını dəstəkləyib..."

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz "Facebook" səhifəsində yazıb.

O əlavə edib: "Soruşacaqsan niyə? Cavab sadədir: həm onlar üçün, həm də Rusiya üçün NƏTİCƏ deyil, MÜNAQİŞƏ PROSESİ önəmlidir. Sezar pizza

Eyni məntiq Ukrayna hadisələri üçün də keçərlidir.

Azərbaycan Prezidentinin Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına töhfə verməsi, Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərini danışıqlar masası arxasına oturtmağı bacaran yeganə şəxsin Türkiyə prezidenti olması və onun Prezidentimizlə birlikdə bu istiqamətdə işləri davam etdirməsi xoşlarına gəlmir.

Onlar istəmirlər ki, Türkiyə sülhməramlıları Qarabağ zonasında Rusiya sülhməramlılarını əvəz etsin.

Ona görə də, zəng edirlər...".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!