“Ermənistan ordusundakı nizam-intizamsızlıq əsgərlərin narkotik maddələrin aludəçisi olmasına gətirib çıxarır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib. O, son günlər sosial şəbəkələrin erməni seqmentində erməni əsgərlərin narkotik maddələrin təsiri altında ön xətdə xidmət göstərməsini əks etdirən videolara münasibət bildirib.
Xatırladaq ki, məlum görüntülər Ermənistan Müdafiə Nazirliyi tərəfindən bir sıra xəbər portallarından silinsə də, ordudakı özbaşınalıq sosial şəbəkə istifadəçiləri tərəfindən açıq şəkildə bəyan edilir. Toyuqlu pizza
Hərbi ekspertin sözlərinə görə, müharibədən sonra Ermənistan ordusunun durumu, əslində, məğlub orduların sindromunu yaşayan bir vəziyyətdir:
“Müharibə sonrası məğlubiyyət sindormu belədir ki, bütün iyerarxiyada əsgərdən tutmuş ordu komandanlığına qədər özlərini əzilmiş və depressiyada hiss edirlər. Əzilmişliyin və depressiyanın da gətirdiyi vəziyyətlər var. Xüsusən də bu, əsgər kateqoriyasına şamil ediləndə birinci eşalon bölmələrində, ən əsas da döyüş mövqelərində döyüş növbətçiliyi aparan əsgərlər ehtiyatda olan əsgərlərdən fərqli olaraq, nəzarətsiz olurlar.
Yəni, əgər bir tağımda 3-4 post olursa, tağım komandiri yalnız 1 postda oturur, qalan yerdə də əsgərlər özləri-özlərini bildikləri kimi idarə edirlər. Bu nəzarətsizlik də nizam-intizamsızlığa gətirən səbəblərdən biri olur. Bu səbəblər də növbəti mərhələdə hərbi qulluqçuların narkotikə aludə olunmasına şərait yaradır”.
E. Şıxəliyev əmindir ki, özəlliklə Qarabağda yerləşən qeyri-qanuni hərbi birləşmələrin “xidmət” etdiyi, eləcə də Ermənistan-Azərbaycan sərhədində döyüş növbətçiliyi aparılan ərazilərin özü narkotik bitkilərinin yetişdirilməsi üçün uyğun bir relyefdir:
“Xüsusən də bunların 30 illik işğal “təcrübəsində” ərazilərimizdə narkotik əkilməsinin, sonrakı mərhələdə bunun biznesə çevrilib satılması və ordunun içərisinə sirayət etməsi faktları kifayət qədərdir və beynəlxalq mediada işıqlandırılıb.
Onu da bildirim ki, burada bölgələrdən məcburi xidmətə cəlbetmə faktı da var. Bu da o deməkdir ki, Ermənistandakı çağırışçılar, yəni əsgər olacaq kateqoriya və onların valideynləri də daxil heç bir zaman Qarabağa gəlməyə razı olmayıblar.
İkincisi də, onlar övladlarının sərhəd bölgələrində xidmətə cəlb olunmasından yayınması üçün hər zaman vasitələr axtarıblar. Ermənistandakı səfərbərlik idarələrində də bu sahədə güclü “alver” mövcuddur. Yəni kimin ön xəttə göndərilməsi, kimin arxa cəbhədə saxlanılması və s. bazarı mövcuddur”.
Müsahibimiz deyib ki, bu durum əsgərlərin psixoloji vəziyyətinə təsir edir və onlar ilk görüşdə narkotiklərlə qarşılaşdığına görə, özlərini bundan sığortalaya bilmirlər:
“Burada əsgərlərin valideynlərinin sosial vəziyyəti və hərbi xidmət zamanı qarşılaşdıqları ədalətsizlik də bu məsələni tətikləyir. Çünki bizimlə təmas xəttində xidmət etmək onlar üçün ən arzuolunmaz xidmətlərdən biri sayılır. Ona görə ki, istənilən halda onların məhv olunması ehtimalı böyükdür.
Biz bunların hamısını, üstəgəl də ordudakı hərbi komandanlığın ön xətdəki əsgərlərə doğru-düzgün nəzarət edə bilməmələrini nəzərə alsaq, bütün bu məsələlərin hamısı yuxarıda sadaladığım nümunələrin yaranmasına rəvac verir.
Özü də orduda narkotikə olan aludəçilik bir az mülkidən gəlir. Məsələn, orada çağırışçıların çoxu hərbi xidmətə çağırılmayana qədər narkotiklərlə bu və ya digər formada kontaktda olurlar. Bunu davamını da xidmət yerlərində, postlarda davam etdirilər. Doğrudur, bütün cəmiyyətlərdə bu mümkündür, lakin biz bundan sığortalana bilmişik. Belə ki, çağırışçılar hərbi xidmətə gedən zaman narkotik istifadəçisi olub-olmaması barədə test verirlər. Əgər testdə bu aşkar olunarsa, həmin əsgəri sonrakı mərhələdə müalicə müəssisələrinə yönləndirirlər. Bu da valideynlər və cəmiyyətimiz üçün arzuolunmazdır”.
Ehtiyatda olan hərbi onu da söyləyib ki, Ermənistanda bu kimi yoxlamalar olmadığı üçün onlar öz çağırışçılarını bundan sığortalaya bilmir:
“Ona görə də postlarda döyüş növbətçiliyi aparan hər bir erməni hərbçisi potensial narkotik aludəçisi sayıla bilər. Bu da nizam-intizamsızlığa və istədikləri vaxt atəşkəsi pozmalarına, silahdan bizə və bir-birilərinə qarşı istifadə edilməsinə çevrilir.
Düşünürəm ki, bu tendensiya hələ Ermənistanda artan xətt üzrə davam edəcək. Çünki Ermənistanın özündəki sosial vəziyyət aşağı düşdükcə, cəmiyyətdə olan gənclər bu ab-havanı orduya daşıyırlar. Bu da birbaşa ordudakı döyüş hazırlığının əsaslarını sarsıdan məsələ olur. Xüsusən də narkotik aludəçisi olan əsgərlər çox problemi əsgərlər olurlar. Əslində, düşündüyüm odur ki, bu hadisələr onlarda nə qədər çox olsa yaxşıdır. Belə olan halda bu, onların ordusunun döyüş hazırlığını aşağı salır. Ona görə də biz bunun onlarda artman templə getməsini arzulamalıyıq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız