“Onlar ömürlərinin son günlərini yaşayır” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Onlar ömürlərinin son günlərini yaşayır” - Deputat

Siyasət

27 Avqust 2022 12:58 1575


Sentyabrın 2-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində öz mövcudluğunu hələ də qoruyub-saxlamağa çalışan tanınmamış DQR-in “müstəqillik” günü keçiriləcək. 

Bununla bağlı bir sıra erməni mətbuatı silsilə məqalələr də dərc edib. Maraqlısı isə burasındadır ki, qondarma rejimin bir çox “fraksiyaları” artıq separatçı başı Arayik Arutyuna qaşrı birmənalı mövqe bəsləmir və onun vəzifədən getməsini tələb edirlər. Elə məhz buna görə də onlar sentyabrın 2-də həmçinin, Arayikə qarşı etiraz aksiyaları keçirəcəklərini də vurğulayıblar.

Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov isə Yenisabah.az-a açıqlamasında deyib ki, orada kimin olmasından asılı olmayara bizim məqsədimiz bəllidir: Pepperoni pizza

“Bu, istər Arayik olsun, istər Sarkis, istərsə də Petros, hansı erməni separatçısı olur-olsun, bizim məqsədimiz bu cinayətkarları Azərbaycan qanunları ilə cəzalandırmaq və o separatçı qurumu məhv etməkdir. Bütün separatçılar da bu illər ərzində Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə, cəzalarını almalıdırlar. Yəni orada desəm ki, Arayik gedəcək, digər erməni gəlib ondan yaxşı olacaq, qətiyyən! Bunların hamısı separatçı cinayətkarlardır, Azərbaycan xalqına qarşı cinayət törətmiş ünsürlərdir və onlar qondarma qurumları ilə birlikdə məhv edilməli, Azərbaycan ərazisindən təmizlənməlidirlər”.

Millət vəkili qeyd edib ki, artıq 31 ildir ki, onların Qarabağda yaratdığı cinayətkar rejim davam edir:

“Mənə elə gəlir ki, onlar ömürlərinin son günlərini yaşayırlar. Onların bizim qanunlarımızla cəzalanmalarına çox az bir vaxt qalıb. Bizim üçün əhəmiyyəti olmamalıdır ki, Arayik getsin, başqası gəlsin. Məqsəd həmin cinayətkar qurumun məhv olması və cinayət törədən separatçıların cəzalarına çatmasıdır. Yoxsa Arayik getdi, bəhmənkəs gəldi, bu, bizi o qədər də maraqlandırmır. Əsas məqsədimiz separatçıların məhv edilməsidir”.

“Qarabağ ermənilərinin Arayikə nifrətlə yanaşmasına səbəb nədir” sualına isə millət vəkili belə cavab verib:

“Mən onu deyə bilmərəm, özləri səbəbləri yaxşı bilirlər. Mən elə bir versiya deməklə onların fikrini bilə bilmərəm ki, onlara nə üçün belə edirlər. Bunu onların özləri yaxşı bilirlər”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!