“Onlar özlərini reklam etmək üçün iftar süfrəsi açırlar”   - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Onlar özlərini reklam etmək üçün iftar süfrəsi açırlar” - ETİRAZ

Din

27 Aprel 2022 14:45 4759


Artıq Ramazan ayının son həftəsindəyik. Ramazan boyunca müxtəlif şəxslər tərəfindən iftar süfrələri təşkil olunur. İftar süfrələrində bəzən oruc tutanlarla yanaşı, oruc olmayanlar da iştirak edirlər. Hətta bir çox hallarda oruc tutmayanlar iftar süfrəsində üstünlük təşkil edirlər.

Bununla yanaşı, bəzən iftar süfrələrinin açılması reklam xarakterli olur. Bir çoxları etdiyi əməli kimlərəsə, nümayiş etdirmək istəyir.

Ümumiyyətlə iftar süfrəsində kimlər olmalıdır? Süfrəni reklam etmək nə dərəcədə doğrudur? Dində bununla bağlı hər hansı bir məhdudiyyət varmı? pizza hut

Dinşünas Samit Quliyev Yenisabah.az-a açıqlamasında deyib ki, dində iftar süfrəsində kimlərin olub-olmaması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

“Dində heç bir məhdudiyyət yoxdur. Amma yaxşı olardı ki, iftar süfrəsində aztəminatlı ailələr, ehtiyacı olan insanlar, qazilər və şəhid ailələri dəvət edilsin. Onda daha yaxşı olar”.
S.Quliyev qeyd edib ki, Ramazanda imkanlı şəxslərin bir qismi sırf reklam üçün iftar süfrəsi açırlar:
“Hər hansı bir sosial şəbəkədə paylaşılsın deyə, bunu edirlər. Şəriətdə qadağan deyil. Lakin bəyənilməyən əməllərdir. Yaxşı deyil ki, reklam olunsun.

Dində var ki, hər bir əməl Allah yolunda, saf niyyətlə olmalıdır. Özünü kiməsə göstərmək üçün yox. Əsas niyyətin saf olmasıdır. Bu hər şeydə belədir. Reklam olmamalıdır. Reklam olunması yaxşı çıxmır. Bəlkə birinin imkanı yoxdur, hər hansı neməti ala bilmir. Kimsə paylaşanda hamı görür. Bu həmin şəxslərə pis təsir edə bilər. Özünü sıxılmış hiss edər”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!