Azərbaycan Qarabağla bağlı bütün istəklərinə tədricən nail olmaqdadır. Laçın üzərində suverenliyimizin təsdiqi də bunu sübut edir. Tezliklə Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazilərində Azərbaycanın öz suverenliyini təmin edəcəyi isə artıq heç kimdə şübhə doğurmur.
Belə bir məqamda ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin aşkar qısqanclığı hiss olunmaqdadır. Maraqlıdır, ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələr, xüsusilə Şuşaya getməyən ABŞ və Fransa Qarabağda Azərbaycana badalaq vura bilərmi?
Bu dövlətlər Azərbaycanın haqq prosesinə nə cür əngəl törədə bilərlər? pizza hut
Onların Azərbaycana qarşı siyasi təzyiq metodlarına əl atması mümkündürmü?
Yenisabah.az- danışan Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev deyib ki, əslində, ATƏT-in Minsk qrupunun həmsdərlik institutu 2020-ci ilin iyul hadisələrindən əvvəl, ümumiyyətlə, fəaliyyət göstərmirdi.
Mütəxəssis əlavə edib ki, bunu təkcə 2020-ci ilin müharibələrin nəticələrinə bağlamaq da düzgün deyil ki, ATƏT-in Minsk qrupu müharibənin nəticəsində uğursuz oldu:
“Bu səhvdir, çünki ondan əvvəl də uğursuzluğa düçar olmuşdu. Bu da heç kimdə şübhə doğurmur. Lakin məsələ burasındadır ki, həmin bəhs edilən ölkələrin Qarabağ nizamlanmasındakı prosesə təsir imkanları onsuz da limitlidir. Bunun da əsas səbəblərindən biri odur ki, 2020-ci ilin müharibəsini bitirən bəyanat Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalandı. Rusiyanın Ukraynada başlatdığı müharibəyə qədər isə onun regionda tək vasitəçi olduğunu görürdük. Bu baxımdan, əslində, Qərb ölkələrinin bu prosesdə nə təsir metodları var, nə də fəaliyyətləri açıq görünür”.
Analitik deyib ki, biz təkcə burada istisna olaraq Avropa İttifaqının fəaliyyətini göstərə bilərik:
“O baxımdan, burada fundamental metodlar da fərqlidir. Məsələn, onların fəaliyyətində görünən əsas amil budur ki, yekun sülh müqaviləsində Qarabağ ermənilərinin inzibati ərazi şəklində formalaşmış, yaxud daha geniş zəmanətlərlə özünü göstərən bir status olsun. Onların əsas məqsədləri budur. Lakin düşünmürəm ki, bu ölkələrin hər hansı biri Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazilərinə şübhə doğuracaq bir bəyanat versinlər. Sadəcə olaraq oradakı məsələ Qarabağ ermənilərinin gələcək mövzusudur”.
Şuşa məsələsinin pərdəarxası məqamlarına toxunan Z.Şiriyev bəyan edib ki, əslinə qalsa, bir çox ölkə səfirləri Şuşaya getməyiblər:
“O ki qalda ABŞ və Fransa səfirlərinin Şuşaya getməmələrinə, əslinə qalsa, bir çox ölkə səfirləri müharibədən sonra Şuşaya səfər etməyiblər. Bura, hətta Böyük Britaniyanın və Almaniyanın səfiri də daxil idi. Almaniya səfiri ən son bir neçə ay əvvəl gedənlərdən biridir. Mən ölkələrin siyasətlərini Şuşaya gedib-getməmək üzərindən müəyyənləşdirməyin tərəfdarı deyiləm və bunun məsələyə tam da dolğun cavab verəcəyini düşünmürəm”.
Politoloqun sözlərinə görə, həmsədrlik instutundakı digər ölkələr bu prosesdə müəyyən qədər siyasi həssaslıq göstərməyə cəhd edirlər:
“Məsələn, BMT rəsmiləri Şuşaya səfər etdilər və onların səfərindən sonra İrəvanda BMT-nin fəaliyyətində problemlər yaranmağa başladı. Yəni həmsədr dövlətlərin bunu da nəzərə aldıqlarını düşünürəm. Amma təbii ki, onların Şuşaya getməmələrinin səbəbi ola bilsin ki, Şuşanın vaxtilə keçmiş DQMV-nin tərkib hissəsi olmasıdır. Çünki hələ də ATƏT-in Minsk qrupunun həmsədrlərinin düşüncəsində bu ərazilər üçün status, yaxud xüsusi imtiyazların müzakirəsinin aparılmasının vacibliyi durur.
Amma mən yenə də onu demək istəyirəm ki, ölkələrin siyasətlərinin Şuşaya gedib-getməməsinin üzərində qurulmasının tərəfarı deyiləm”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız