“İrana qarşı hər hansı ciddi addımların atılması dövlət siyasətidir, bunu dövlət başçısı daha yaxşı bilir. Amma biz də həm sənətçi, həm də vətəndaş olaraq baş verən terrora qarşı öz nifrətimizi və etirazımızı bildirməliyik...”
Bu sözləri Yenisabah.az-a Xalq artisti Rasim Balayev deyib. İrandakı səfirliyimizdə baş verən terror hadisəsi ilə bağlı danışan aktyor hər bir vətəndaşın bu hadisəyə etirazını bildirməsinin vacibliyini vurğulayıb:
“Bu cür hadisələr həmişə olub, molla-fars rejimi Azərbaycanın qüdrətli olmasını, güclənməsini heç vaxt istəməyib. Ona görə də hər zaman ermənilərə dəstək olublar. Bu terror molla-fars rejiminin bizə qarşı hər zaman olan münasibətinin bariz göstəricisidir. Bundan sonra nə tədbir görüləcək mən dəqiq deyə bilmərəm, bu hökumət səviyyəsində olan işdir, lakin biz də vətəndaş olaraq hər vəchlə bu hadisəni qınamalıyıq. Mən də sənətçi olaraq bu terrora qarşı öz nifrətimi bildirirəm. Şəxsən mən bu hadisəni eşidəndən bəri özümə gələ bilmirəm, çox əsəbiləşmişəm, çox təsir edir. Çünki Azərbaycanın bütün dünyada hörmət, güc qazandığı vaxtda, azadlığını bərpa edib torpaqlarını geri qaytardığı zamanda həmişəki kimi İran bizə mane olur. Onlar illərdən bəri yürütdükləri bu siyasəti günü bu gün də davam etdirir”. pizza
R.Balayev İranın Azərbaycandan hər zaman çəkindiyini qeyd edib:
“Mən İranda işləmişəm, vəziyyəti bilirəm. Biz orada film çəkəndə bütün insanlardan eşidirdim ki, fars-molla rejimi istəmir Azərbaycan qüdrətli olsun ki, sabah birdən çıxıb o tay, bu tay Azərbaycan məsələsini gündəmə gətirərlər. Orada 40 milyon azərbaycanlı var, bu qorxu onların canından illərdir çıxmır. Bu ölkənin adı əvvəllər başqa olub, İran adlı dövlət olmayıb. Həmin torpaqlar orada yaşayan türk xalqının həmişəki torpağı olub. Farslar ora gəlmədir, erməniləri də gətiriblər. Daha sonra həmin erməniləri gətirib Qarabağa yayıblar. Biz həmişə siyasətin qurbanı olmuşuq”.
Xalq artistinin sözlərinə görə, İranda yaşayan 40 milyon azərbaycanlıya muxtariyyət verilməlidir:
“O tay, bu tay birləşməsi bir kənara qalsın, orada yaşayan 40 milyon azərbaycanlıya muxtariyyət verilmir. Təsəvvür edin, 40 milyon əhalinin məktəbi yoxdur, onlar öz dillərində oxuya bilmirlər. Onlar Təbrizdə Azərbaycan dilində məktəblər, universitetlər, bağçalar olsun istəyirlər. Bu nə deməkdir?
İrada 200 min erməni var onların öz dilində bağçası, məktəbi var, amma 40 milyonluq əhali öz dilində təhsilə həsrətdir. Bunun adı nədir? Nədir bu sancı düşüb canlarına? Ona görə də İran həmişə bizim ayağımızdan dartıb. Həmişə də bunun üçün dindən istifadə ediblər. Din təmiz İslam dini olmalıdır, onlar isə məhzəblərə bölürlər. Bizdə də Nardaran hadisəsi oldu, yəqin ki, həmin hadisəni hər kəs xatırlayır. Bunların hamısını edən məhz İrandır. Gərək əvvəldən onların buradakı agentləri ifşa ediləydi. İranın öz vətəndaşları acından ölür, zəlzələdən sonra insanlar qarın üstündə qalıb onlara yardım etmir, amma Azərbaycandakı qrupları maliyyələşdirirlər, burada dini ayrı-seçkilik yaradırlar, şiəlik, sünnilik mübahisəsi yaratmaqla məşğuldurlar. Bu çox alçaq rejimdir! Allah qoysa, tezliklə molla-fars rejimi dağılacaq”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız