“Reinteqrasiya prosesinə maneə yaratma cəhdlərinin təməlində, nəyin bahasına olursa-olsun, hansısa mərhələdə separatçıları tərəfə çevirmək niyyəti dayanır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O, Qarabağ ermənilərinə Yevlaxda təklif olunan görüşün baş tutmamasından danışıb. pizza hut
Xatırladaq ki, separatçıların “səlahiyyəti nümayəndəsi” Tiqran Petrosyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Yevlaxda rəsmi Bakı təmsilçiləri ilə görüş təklif edildiyini bildirmişdi. Separatçılar Yevlaxa gəlməkdən imtina ediblər.
Öz növbəsində, E. Mirzəbəyli aydınlaşdırıb ki, üçüncü ölkədə görüşmək artıq separatçıların tərəf kimi qəbul olunması anlamına gəlir və bu, bilərəkdən irəli sürülür:
“Reinteqrasiya prosesinə maneə yaratma cəhdlərinin təməlində, nəyin bahasına olursa-olsun, hansısa mərhələdə separatçıları tərəfə çevirmək niyyəti dayanır. Şübhəsiz ki, belə bir addımın atılması rəsmi Bakı üçün yolverilməzdir və qətiyyən də qəbul olunmayacaq.
Əgər proses belə davam edəcəksə, o zaman Azərbaycan ərazisində yaşayan erməni əsilliləri faktiki olaraq girovluqda saxlayan şəxslərə qarşı müvafiq tədbirlərin həyata keçirilməsi qaçılmaz olacaq”.
Politoloq əlavə edib ki, görüşlərin hansı platformada keçirilməsi rəsmi Bakı üçün əhəmiyyət kəsb etmir:
“Dəfələrlə bəyan olunub ki, ölkəmiz üçün prioritet nəticənin əldə olunmasıdır. İstər Moskva, istər Brüssel, istərsə də Vaşinqton olsun. Müzakirələr zamanı konkret olaraq Ermənistanın müəyyən iddialarından əl çəkməli və sülh müqaviləsinin real prinsipləri üzrə razılaşaraq irəliyə doğru addımlamalıdır.
Əgər Ermənistan hazırda bu istiqamətdə hər hansı bir konkret addım atmırsa və ya son addımları ilə prosesi tamamilə pozmağa səy göstərirsə, o zaman İrəvanla hansısa bir müzakirənin aparılmasına ehtiyac yoxdur. Ola bilsin ki, rəsmi Bakı bu gün İrəvanın yürütdüyü siyasət kontekstindən müzakirələrin aparılması üçün heç bir perspektiv görmür”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız