“Onları məhkəməyə verəcəyəm”- Xudayarın anası dələduzlara qarşı

saytların hazırlanması

Evə çatdırılma

“Onları məhkəməyə verəcəyəm”- Xudayarın anası dələduzlara qarşı

Hadisə

21 May 2022 12:59 2831


"Oğlumun adından "Tik-Tok", “İnstagram” səhifələri açılır, izləyici yığdıqdan sonra həmin səhifələrin adını dəyişib satırlar”.

Bu sözləri Yenisabah.az-a şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib. O qeyd edib ki, dəfələrlə Xudayarın adından bu cür səhifələr açılıb.

Şəhid anası bu barədə hüquq mühafizə orqanlarına da şikayət edəcəyini deyib: pizza mizza

“Bu gün şənbə günüdür deyə getməmişəm, amma ən qısa zamanda polisə şikayət edəcəyəm. Bu barədə bir dəfə də şikayət etmişdim, gec həll etmişdilər. Bu dəfə də edəcəyəm. Şənbə, bazar ziyarətçilərimiz çox olur, başım qarışır. Amma bu məsələ ilə bağlı mütləq polisə şikayət edib, onları məhkəməyə verəcəyəm. Qoy, bu işlə polis orqanlarımız özləri məşğul olsun”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!