Müğənnilər Sevil və Sevinc Səfərova bacıları yeni ev alıblar.
Bu haqda prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. O bildirib ki, bacılar hazırda yeni mənzillərini təmir etdirməklə məşğuldurlar.
Qeyd edək ki, bu, Sevil və Sevincin sayca altıncı evidir. Əkizlər bir müddət əvvəl "O başdannan" verilişində 5 evləri olduğunu demişdilər. pizza hut
"Sulutəpədə ikimərtəbəli evim var. Xırdalanda bir mənzilə sahibik. Mərdəkanda və Şıxovda həyət evim var. Masallıda isə böyük bir evimiz var" deyə, ifaçılar söyləyib.
Axşam.az
Telegram kanalımız