“Guya onların Bəxtiyarın şərəfsizliyindən xəbərləri yox idimi?” 

saytların hazırlanması

Evə çatdırılma

“Guya onların Bəxtiyarın şərəfsizliyindən xəbərləri yox idimi?” 

Siyasət

19 Mart 2023 21:58 9274


“Ölkənin, dünyanın altı-üstünü bilib, saf-çürük edən siyasilər, ekspertlər, araşdırmaçılar, hansı ki, səhifələrində, çıxışlarında Bəxtiyar Haclyevi dəfələrlə, həm cəmiyyətə də çağırışla müdafiə ediblər ki, ayə, qoymayın, aclıq edir məhv olur, onların Bəxtiyarın yaramazlığı, şərəfsizliyindən guya xəbərləri yox idimi? Guya ki, bilmirdilərmi onun kimliyini, azı, əvvəlki yaramazlıqlarından?”

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi analitik İlqar Altay səsləndirib.

Onun sözlərinə görə, həmin şəxslər bunu çox yaxşı bilirdi, amma susub, müdafiə edirdilər: Marqarita pizza

“Bu gün, hər şey ifşa olunandan sonra da, indi də susurlar, səslərini çıxardıb, fikir söyləmirlər ki, ya düz edib müdafiə etmişik, ya yanılmışıq.

Niyə üzə çıxmır, vaxt, mövzü, yaddaş ötürürlər? Çünki, həmin o, müdafiə anları onlara Bəxtiyar dərdini çəkən aldanmış sadəlövh, sıravi xalqın, cəmiyyətin sadəcə nəbzini tutub, ruhuna girib fürsətkən xal, layk toplamaq lazım idi. Yaxşı və xeyirxah ictimai, ya siyasi insan kimi tanınmaq, ətrafına müsbət rəy, kütlə toplamaq lazımlı idi. Çünki, bilirlər ki, onlara o anlarda laykları, tərif, bonus verən cəmiyyət qayıdıb, soruşmayacaq. 

Bunları əslində, nə cəmiyyət və xalq, nə dövlət, nə də ki, Bəxtiyar maraqlandırırdı. Oyunbazlar!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!