“Onların bir neçə nəsli düşmənçilik ruhunda tərbiyə edilib” - Əli Həsənov

saytların hazırlanması

Evə çatdırılma

“Onların bir neçə nəsli düşmənçilik ruhunda tərbiyə edilib” - Əli Həsənov

Siyasət

01 Mart 2019 12:45 1061


Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Buxarestdə yerləşən Rumıniya Milli Kitabxanasında anım mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, nümayəndələri, ziyalılar, universitetlərin professor və tələbə heyətləri, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin, “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə heyətlərinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında qeyd edib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilib, erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılıb, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb. Dördpendirli pizza

Prezidentin köməkçisi XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmələrindən, Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlının deportasiya edilməsindən, Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirilməsindən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətindən ətraflı bəhs edib.

Xocalı soyqırımı haqqında danışan Əli Həsənov bildirib ki, bu qətliamı törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirdi, Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq daha 7 rayonu işğal etdi, bir milyona yaxın azərbaycanlını qaçqın və məcburi köçkünə çevirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrdən danışan Əli Həsənov Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bu qətnamələrdə öz təsbitini tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Hazırda Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq işğalçılıq siyasətini davam etdirir. Bununla yanaşı, dünyadakı erməni diasporu və lobbisi mütəmadi olaraq 1915-ci il hadisələrini gündəmə gətirərək Azərbaycan torpaqlarının işğalını, Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini unutdurmaq və diqqətdən kənarda saxlamaq istəyir. Ona görə də bu günlərdə həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, diaspor qurumları və ziyalıları öz ölkələrinin rəsmi dövlət orqanlarına hər cür ictimai dəstək verərək Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalına dair digər faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, baş verənlərin obyektiv qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin almasına çalışmalıdırlar. Azərbaycan və türk diaspor təşkilatları öz çevikliyini və mütəşəkkilliyini artırmalı, əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər.

Daha sonra çıxış edən Buxarest Dövlət Universitetinin professoru, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan, “Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu  çıxış edib. Tədbirdə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” adlı film nümayiş olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!