“Paşinyanın hökuməti ölkəsinin azad olmasını istəyir, başqa sözlə Putin Rusiyasından yaxasını qurtarmaqa çalışır. Ancaq edə bilmir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib.
O, bildirib ki, Paşinyan Rusiyanın Ermənistanda olan Koçaryan tipli yaramazları cəlb edib dövlət çevrilişi edəcəyindən, sonra işğal altında olan Krım sayağı “seçkilər keçirib” Ermənistanı quberniyaya çevirəcəyindən qorxur. pizza
“Azərbaycanda artıq nəinki Putin hətta ondan da nasional sosialist artıq heç bir çevriliş edə bilməz. Buna baxmayaraq, Azərbaycan orduda, polisdə, yüksək rütbəli çinovniklər arasında Rusiya agentlərini aşkar edib zərərsizləşdirmə prosesini aktivləşdirsə çox yaxşı olar.
Paralel olaraq Azərbaycan din idarələrində gizlənmiş daha təhlükəli İran agentlərini zərərsizləşdirməlidir. Kiminsə Azərbaycan ordusunun qələbəsini İran dini liderinin fətvasınə görə baş tutduğunu iddia etməsi çox təhlükəlidir. Deməli bu insan bizə sağlam münasibəti olmayan birisini ölkədə təbliğ edir. Bundan qorxmaq lazımdır və onları zərərsizləşdirmək lazımdır. Onların çoxu özünü gicbəsər, yaltaq göstərməklə təlxəklik edirlər. Tarixdə saray təlxəklərinin dövlət çevrilişində rolları geniş yer tutur”.
R. Quliyev deyib ki, 2023-cü ilə qədər Azərbaycan-Türkiyə -Pakistan münasibətləri ən yüksək zirvəsində daha doğrusu oradan geri qayıtmağa yolun olmadığı zirvəsində olmalıdır: “Prezident Əliyev komandası ilə birlikdə bu istiqamətdə mühüm işlər görür, onlara uğurlar arzulayıram. Ermənistanla münasibətləri normallaşdırıb, sülhməramlı qüvvələrin Azərbaycanı tərk etməsi tələbini qoymaq lazımdır. Ona qədər Laçın dəhlizində sərhəddə Azərbaycan sərhədçilərinin dayanmasına nail olmaq lazımdır. Xarici və o cümlədən Ermənistan vətəndaşları viza olmadan Azərbaycana buraxılmamalıdır”.
Telegram kanalımız