“Onu sifətdən tanıyırlar“ -   Zərdüşt Əlizadə hansı siyasətçinin şöhrətinə “qısqandı“

saytların hazırlanması

Evə çatdırılma

“Onu sifətdən tanıyırlar“ - Zərdüşt Əlizadə hansı siyasətçinin şöhrətinə “qısqandı“

Siyasət

17 İyun 2022 17:20 1930


“Bilmirəm ki, siz bu nəticəyə nəyin əsasında gəlmisiniz, fikrimcə, Volodimir Zelenski dünyada bir nömrəli populyar siyasətçidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, müharibənin uzanması ilə Ukrayna böhranına qlobal marağın zəifləməsi və prezident Volodimir Zelenskinin populyarlığının azalması iddiasına münasibət bildirib. pizza hut

Z. Əlizadə əmindir ki, heç bir başqa dövlətin rəhbəri Zelenski qədər dünyada məşhur deyil:

“Onu sifətdən də tanıyırlar, həyat yolunu da bilirlər, məqsədlərini də bölüşürlər. Dünyanın aparıcı dövlətləri Zelenskiyə şəxsi dəstək verir. Sadəcə hər bir dövlətin fərqli siyasi məqsədi var. Məhz bu siyasi məqsədlərə görə Zelenski onlardan gözlənilən geniş dəstəyi ala bilmir. Amma əvvəl-axır alacaq, çünki “Lend-liz” barədə qanun qəbul olunub və bu, azı 10 milyard dollar həcmində silah tədarükü deməkdir. Yəqin ki, bu, avqustun sonu, sentyabrın əvvəlində baş verəcək”.

“Ukrayna ordusuna lazım olan gələcək ay yarım ərzində müqavimət göstərməkdir. Düşünürəm ki, onların da buna gücü çatacaq. 

Ukrayna cəmiyyətinin özü də çox möhkəmdir. Zelenskinin ətrafında birləşiblər və ondan güzəştə getməməyi tələb edirlər. O, xalqın bu tələbəni nəzərə alır. Ona görə də, Zelenskinin şöhrəti-şanı əsla azalmır”, - deyə müsahibimiz əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna xalqı Putin faşizminə qarşı mübarizə aparır:

“Yadınıza salım, 1941-ci ildə nasistlər Moskvaya qədər gəlib çıxmışdılar. Bundan sonra sovet xalqı toparlandı və Vermaxtı geri oturtdu. Ukrayna xalqı da Putin faşizmini geri oturdacaq, çünki buna əminəm”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!