Onu tərifləyəndə adam utanmır... 

saytların hazırlanması

Evə çatdırılma

Onu tərifləyəndə adam utanmır... 

Yazar

21 Avqust 2024 10:37 17380


Dostlarım həmişə təəccüb edirlər: "Sən necə qarabağlısan ki, səsin yoxdur? 

Mənim də cavabım həmişə eyni olur: "Allah verməyib". 

Səs Allah vergisidir, hamıda olmur...  pizza sifarişi

Orta məktəbdə oxuyanda xor dərnəyinə yazılmışdım. Bir-iki dəfə məşqə gedəndən sonra dərnəkdən çıxdım. Xorla oxumaq məndə alınmadı. 

İndi də belədir; hamı ilə eyni vaxtda danışa, yaza bilmirəm... 

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Rəşad Məcidin ad günündür, 60 yaşı tamam olur. Yüzlərlə adam onun haqda danışacaq, yazacaq. Amma mən yenə təəsuratlarımı bölüşməyə çətinlik çəkirəm. Yuxarıda dedim axı, hamı ilə eyni vaxtda danışmağı, yazmağı bacarmıram...

Bir gün onun haqqında geniş yazacam. Hələlik isə bunları deyim: Rəşad Məcid işıqlı adamdır. Bu ölkədə gənc və orta nəsli təmsil edən az sayıda adam tapılar ki, Rəşad Məcidin işığı nə vaxtsa onun yolunu aydınlatmasın.

Ötən əsrin 90-ci illərində Türkiyədə təhsil alanda “525”-ci qəzetdə məqalələrim dərc olunurdu. O vaxt nə o məni görmüşdü, nə də mən Rəşad müəllimi tanıyırdım. Rəşad Məcidin missiyasıdır: Heç kimin tanımadığı adamları cəmiyyətə tanıdır... 

Təxminən 14-15 il əvvəl Rəşad müəllimin himayəsi altında “Gənc Ədiblər” Məktəbi yaradılmışdı. Ölkənin müxtəlif bölgələrindən Bakıya üz tutan istedadlı gənclər bu məktəbdə bir araya gəlmişdilər. Rəşad Məcid onlara yol göstərir, ədəbi mühitdə irəliləmələri üçün cığır açırdı. Bu gənclərin çoxu Rəşad Məcidin baş redaktor olduğu “525”-ci qəzetin vasitəsi ilə ədəbi mühitə vəsiqə qazandı. Rəşad Məcid onların yetişməsi üçün gözünün nurunu axıtdı. İndi həmin adamlar ədəbi mühitin ən istedadlı simalarından hesab olunurlar. Rəşad Məcidin bir neçə il ərzində yetişdirdiyi bu adamlar indi gənc yazarları yetişdirirlər. 

Rəşad Məcidin əkdiyi ağaclar çoxdan bar verib... 

İctimai mühit Rəşad Məcidi barışdırıcı adam kimi tanıyır. O, hazırcavablığı sayəsində ən mürəkkəb situasiyalardan da çıxış yolu tapa bilir. Heç kimdə şübhə doğurmayan səmimiyyəti sayəsində mövqeyi güclü, sözü keçərlidir. 

Azərbaycan cəmiyyəti Rəşad Məcidi ictimai xadim, istedadlı şair, peşəkar jurnalist, sözün nazını çəkməyi bacaran publisist kimi tanıyır. O, “525” adlı böyük bir məktəbin banisidir. “525” burada, sadəcə, adı ifadə edir. Sıralamada birincidir... 

Bəlkə də onun 70 illik yubileyində təəssuratlarımı sizinlə bölüşəcəyəm. Bəlkə də həmin məqalə 20 il sonra yazılacaq. Nə bilmək olar, bəlkə də sabah qələmə sarılacağam. Rəşad Məcid bu ölkədə azsayılı ziyalılardandır ki, onun ünvanına dünyanın ən xoş sözlərini, epitetlərini işlətmək olar.

Rəşad Məcidi tərifləməyə nə var ki?! 

Onu tərifləyəndə adam utanmır...

60 illik yubileyin mübarək, ustad!

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!