“Onu Zeynalabdin Tağıyevin davamçısı saymaq olar” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Onu Zeynalabdin Tağıyevin davamçısı saymaq olar” - Açıqlama

İqtisadiyyat

10 Mart 2019 15:43 5327


“Mübariz Mənsimov təhsillə bağlı addımlarında nümunəvi iş adamamızdır. Bizim kifayət qədər imkanlı şəxslərimiz var, amma təəssüflər olsun ki, onlar təhsilə diqqət yetirmirlər”

Bunu  sosioloq Əhməd Qəşəmoğlu “Palmali” Şirkətləri Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə təhsil alan yüz tələbəyə təqaüd verməsindən danışarkən deyib. Sosioloqun sözlərinə görə M.Mənsimovun bu addımı digər iş adamlarımıza da nümunə olmalıdır:

“Mübariz Mənsimovun bu addımını alqışlayıram. Bir müddət öncə mətəbuatda bununla bağlı bir məqaləm olmuşdu və orda qeyd etdim ki, bizim biznesmenlər hökmən təhsilə diqqət ayırmalıdırlar. Misal çəkmişdim ki, bir erməni beznesmen 1700 nəfər erməni tələbəni öz hesabına dünyanın ən aparıcı universitetlərində oxutdurur. Bizim Telman İsmayılov kimi biznesmenimiz isə tanınmış dünya ulduzlarını maliyyələşdirir. Təhsilə diqqət göstərən biznesmenə həmin tələbələr sonradan arxa-dayaq olacaq. Telman İsmayılov tələbələrin təhsil almasına diqqət etsəydi, bəlkə də o, ağır duruma düşəndə təhsil verdiyi tələbələr ona dəstək olardılar.  Sezar pizza

Mübariz Mənsimov bu jesti ilə çox böyük bir addım atıb. Mənsimov təhsillə bağlı addımlarında nümunəvi iş adamamızdır. Bizim kifayət qədər imkanlı şəxslərimiz var, amma təəssüflər olsun ki, onlar təhsilə diqqət yetirmirlər. Təhsilə bu cür qayğı göstərmək Qarabağ problemi uğrunda sülh yoluyla mübarizə aparmağın ən yaxşı yoludur, çünki yetişdirdiyin kadrlar vətəni qoruyacaqlar. Ona görə də Mübariz Mənsimovun yüz tələbəyə təqaüd verməsi olduqca təqdir olunmalıdır, bu məsələ ictimailəşdirilməlidir. Biz arzu edək ki, M.Mənsimov gələcəkdə Hacı Zeynalabdin Tağıyev imici qazana bilsin. H.Z.Tağıyev öz davranışı və fəaliyyəti ilə hələ ki, bir zirvədir. M.Mənsimovu isə bu addımıyla H.Z.Tağıyevin davamçılarından biri saymaq olar”.

Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!