“Onun heykəlini sökmək ideyasında bulunanlar var” – Rəsul Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Onun heykəlini sökmək ideyasında bulunanlar var” – Rəsul Quliyev

Siyasət

27 Aprel 2021 08:44 1711


“Azərbaycanda Nəriman Nərimanovun əleyhinə danışanlar tapılıb. Hətta onun heykəlini sökmək ideyasında bulunanlar vardır. Çox təəssüf edirəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, N.Nərimanovun Azərbaycan xalqına, onun dilinə, milli ənənələrinin qorunmasına fövqaladə xidmətlərini görməyənlər yazıq adamlardır. 

“Azərbaycan və başqa respublikaların Stalinin proyekti ilə Sovet İttifaqının tərkibində avtanom respublikalar kimi yox müstəqil dövlətlər kimi daxil olmasında N.Nərimanovun müstəsna rolu var. O dövrdə Azərbaycanın paytaxtı Bakıda rusların sayının azı 7 faiz azərbaycanlılardan çox olmasına baxmayaraq, hökumət aparatlarında işləyən çonovliklərin sayını 60 faizdən yuxarı azərbaycanlı olmasını təşkil edən Nərimanov idi.  Toyuqlu pizza

Elə ona görə onu bir millətçi kimi Azərbaycandan uzaqlaşdırdılar. Sonrada Moskvada anlaşılmaz şəkildə həlak oldu. N.Nərimanovun nəinki heykəlini sökmək, əksinə onun tarixi irsini yaratmaq lazımdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!