Bəzi OPEC üzvləri Rusiyanın hər bir üzvün xam neft hasilatını məhdudlaşdıran OPEC+ sazişində iştirakını dayandırmağı düşünür.
Yenisabah.az "Wall Street Journal"a istinadla xəbər verir ki, bunu OPEK-dəki mənbə bildirib.
ABŞ nəşri yazır ki, Rusiyanın qrupdakı rolunun dayandırılması digər üzvlərə neft hasilatını daha sürətlə artırmağa imkan verə bilər. Baxmayaraq ki, yalnız bir neçə OPEK üzvü hazırkı razılaşmanın imkan verdiyi qədər hasilatı artıra bilir. pizza hut
Rusiyanın qrupdan çıxarılması daha çox uzunmüddətli və ya simvolik bir addım ola bilər, çünki Rusiya enerji daşıyıcılarını əsasən Çin və Hindistana satır.
Bu il Rusiyanın xam neft hasilatı, OPEC+ razılaşmasının indiyədək icazə verilən aylıq artım əvəzinə, təxminən 8% azalıb.
ABŞ və digər ölkələr dəfələrlə OPEK-dən, xüsusilə də Səudiyyə Ərəbistanı və BƏƏ-dən yüksək neft və benzin qiymətlərini aşağı salmaq üçün neft hasilatını artırmağı xahiş etsə də, indiyədək onların tələblərinə məhəl qoyulmayıb.
Bununla belə, OPEK nümayəndələrinin sözlərinə görə, Fars körfəzinin bəzi üzvləri yaxın bir neçə ay ərzində hasilatı artırmağı planlaşdırmağa başlayır.
Razılaşma dekabr ayına qədər davam etsə də, OPEC+ hasilat kvotaları sentyabr ayından tamamilə ləğv ediləcək.
Telegram kanalımız