Oqtay Əsədov türkiyəli deputatları qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əsədov türkiyəli deputatları qəbul etdi

Siyasət

18 Fevral 2019 22:22 835


Fevralın 18-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Bu barədə “Yeni Sabah"a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Spiker qrupun rəhbəri Şamil Ayrımı salamlayaraq, onun bu vəzifədə ölkəmizə ilk rəsmi səfərini yüksək dəyərləndirib. Bildirib ki, qardaş ölkə olaraq dövlət başçılarımız arasında görüşlərin mütəmadi xarakter alması münasibətlərimizi dünya çapında tayı-bərabəri olmayan  səviyyəyə qaldırılıb. Hər iki ölkə rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etmələri artıq ənənəvi xarakter alıb.  Dördpendirli pizza

Sədr bir neçə gün əvvəl  İstanbulda yaşayış binasının çökməsi ilə mülki şəxslərin həyatını itirməsindən və vertolyot qəzasında hərbçilərin şəhid olmasından kədərləndiyini, onların yaxınlarına Milli Məclis üzvləri adından başsağlığı verdiyini söylədi. 

Səmimi qəbul üçün minnətdarlığını bildirən TBMM-nin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım  Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. 

Azərbaycanla dostluq qrupu TBMM-də ən böyük qruplardan biridir. Bu qrupa üzv olmaq üçün Türkiyə millət vəkillərindən 360 müraciət daxil olub. Türkiyəli deputatlar Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarını öz uğurları, problemlərini öz problemləri kimi qəbul edirlər. 

Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlarını da narahat edir. Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bu mərasimlə əlaqədar Türkiyədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz bu problemin tezliklə ədalətli həllinin tərəfdarlıyıq.  Bu məsələdə qeyd-şərtsiz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!