Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Sağlamlıq

13 Noyabr 2019 11:41 1361


Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşməsi nəticəsində vəziyyəti ağırlaşıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib. O, İstanbulda “Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır.

İnfeksiyanın mənşəyi, ağ ciyərə necə düşməsi məlum deyil. Dominos pizza

“Həkimlər əllərindən gələni edirlər, amma infeksiya barədə bir şey demirlər və heç bir proqnoz vermirlər”, - F. Gülalıyeva bildirib.

O, bu klinikada neyrocərrahiyyə əməliyyatı keçirmiş xəstənin müalicəsi üçün lazım olan hər şeyin olmasına şübhə ilə yanaşdığını deyib.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər. Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra  Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!