Oqtay Şirəliyev 41 “təcili yardım” ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Şirəliyev 41 “təcili yardım” ayırdı

Sağlamlıq

19 İyul 2019 08:53 1344


Səhiyyə naziri Oqtay Şirəliyev 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Əmrə əsasən, festivalın keçiriləcəyi dövrdə müəyyən olunmuş yerlərdə 41 təcili tibbi yardım briqadası növbə çəkəcək. Əlavə olaraq 270 tibb işçisi festival dövründə iştirakçı və qonaqlara tibbi xidmət göstərəcək.  pizza sifarişi

“Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər”,-P.Abubəkirov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!