Oqtay Şirəliyev ona yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Şirəliyev ona yüksək vəzifə verdi

Sağlamlıq

28 Fevral 2019 15:49 1728


Səhiyyə naziri Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib.  

Oqtay Şirəliyevin müvafiq əmri ilə, Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyinat alıb. Sözügedən xəbəri  Səhiyyə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 24.10.1976-cı ildə Bakıda anadan olub. O bu vəzifəyə kimi, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb. pizza

Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Aparatının keçmiş rəhbəri Zəkiyyə Mustafayeva işdən çıxaraq, Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin olunmuşdu.

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!