Səhiyyə Nazirliyinin qarşısında soyunaraq etiraz edən jurnalist Teymur Kərimovun anası bu gün vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, o, axşam saatlarında dünyasını dəyişib. Mərhum sabah Sabunçu qəsəbəsində dəfn ediləcək.
Qeyd edək ki, T. Kərimovun anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. Jurnalist səhiyyədə olan rüşvətxorluğa etiraz olaraq nazirliyin binası qarşısında paltarlarını soyunaraq satışa çıxarmışdı. O, satışdan əldə edəcəyi pulu həkimlərə verəcəyini bildirirdi. pizza sifarişi
Buna görə də nazirlik jurnalisti məhkəməyə vermişdi və bu gün onun hazırlıq iclası keçirilmişdi.
Telegram kanalımız