“Orada-burada mənim adımdan istifadə edib, bəzi...“ - Namiq Abdullayevdən sərt ismarıc

saytların hazırlanması

Evə çatdırılma

“Orada-burada mənim adımdan istifadə edib, bəzi...“ - Namiq Abdullayevdən sərt ismarıc

Hadisə

05 Noyabr 2019 16:19 1175


"Bəli, mənim qardaşımdır, ancaq mən onun etdiklərinə cavabdeh deyiləm". Bu sözləri Elçin Əlibəylini döyməkdə ittiham edilən Natiq Abdullayevin qardaşı - Olimpiya çempionu Namiq Abdullayev deyir.  

"Yeni Sabah" xəbər verir ki, Namiq Abdullayev "Baku.ws"yə açıqlamasında bu xoşagəlməz məsələdə adının hallanmasının doğru olmadığını bildirib:

"Mənim heç xəbərim yox idi, bu gün eşitdim. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı yoxdur. Hər ikisinin arasında nə olubsa, getsin şikayətini etsin. Mənim adımı nahaq yerə hallandırır. Elçin Əlibəyli o vəziyyətə çatdırıb ki, hamı mənə zəng vurur. Belə etməməli idi. Qanun var, qanunvericilik var. pizza mizza

Bilirsiz ki, mənim işim həm idmandır, həm də qanun keşiyində dayanmaqdır. Kim olursa olsun, fərqi yoxdur, olimpiya çempionudur və ya başqası, hər kəs qanun qarşısında cavab verməlidir. Hər kəs mənim necə nümunəvi vətəndaş olduğumu bilir, heç vaxt qanuna qarşı çıxmamışam, çıxmaram da. İstəyir qardaşım olmur, lap iki gözüm olsun, əgər xəsarət yetiribsə cəzasını çəkməlidir".

N.Abdullayev bu hadisənin qardaşı Natiqin ilk səhvi olmadığını da qeyd etdi:

"O vaxt da buna oxşar məsələ baş vermişdi, Natiq orada-burada mənim adımdan istifadə edib, bəzi işlər görmüşdü. Onun etdikləri çoxlarına bəllidir. Bundan əvvəl də onunla bağlı açıqlama vermişdim. Hamı bilir nə mən, nə də ailəm onun arxasınca gələn deyil. Əlibəyli getsin şikayətini etsin!"

Namiq bəy qardaşı Natiqin heç bir idman uğuru olmadığını qeyd etdi:

"Natiq nə avropa çempionudur, nə də respublika çempionu. Düzdür, idmanla məşğul olub, amma idmanda heç bir nəaliyyəti yoxdur. Ailəmizdə iki çempion var, biri dünya çempionu qardaşım Arif Abdullayev, biri də mən".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!