“Orada müqavimət göstərib ya döymək, ya da döyülmək lazım idi” 

saytların hazırlanması

Evə çatdırılma

“Orada müqavimət göstərib ya döymək, ya da döyülmək lazım idi” 

Siyasət

11 Avqust 2022 15:01 7173


“Səfirliyin ərazisi və əmlakı Azərbaycan ərazisi sayılır. Ona görə də bu ərazini qorumaq səfirlik əməkdaşlarının vəzifəsi idi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri, tarix elmləri doktoru Nəsib Nəsibli deyib.

Eks səfir “Mehdinin xidmətçiləri” radikal qruplaşması tərəfindən Londondakı səfirliyimizə qarşı həyata keçirilən təxribat zamanı səfirlik əməkdaşlarının terrorçulara qarşı müqavimət aparmamasından və səfirliyi tərk etməsindən danışıb. Marqarita pizza

Mövcud situasiyaya əsəbiləşən N. Nəsibli əlavə edib ki, bu məsələdə heç bir diplomatik və etik qayda olmamalı idi:

“Bəyəm öz Vətənini müdafiə etmək etik bir qaydadır? Bu vəzifə borcudur. Hər bir kəsin – sərhədçidən tutmuş, səfirlik işçisinə qədər bu, bir vəzifə borcudur. Ora da Azərbaycan ərazisidir və o əmlak da Azərbaycan əmlakıdır. Bayraq isə artıq başqa bir şeydir. Bayraq uğrunda mübarizə aparmayan bir Azərbaycan vətəndaşı yaxşı bir vətəndaş sayılmamalıdır.

Axı hansı etik qaydalardan burada söhbət gedir?! Ayıbdır, vallah ayıbdır! Onlar heç düz etməyiblər. Burada düz olan nə var?! Orada müqavimət göstərib ya döymək, ya da döyülmək lazım idi. Bunun başqa yolu yoxdur. Bu, Vətən məsələsidir. Bu, simvolik olsa da, torpaq məsələsidir”.

Tarixçi alim söyləyib ki, səfirlik əməkdaşlarını kimsə orada öldürəsi deyildi:

“İkincisi də ki, müqavimət göstərmək onların vəzifəsi idi. O torpağı qorumaq onların vəzifəsi idi və onlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirməyiblər. Ona görə də çox doğru olaraq ictimai düşüncədə belə bir fikir ortaya qoyulur ki, “onlar niyə Azərbaycan torpağını müdafiə etmədilər?!”

Əlbəttə ki, biz bu barədə Böyük Britaniya hökumətinə etirazımızı da bildirə bilərik. Amma birinci növbədə, oranı qorumaq oranın təhlükəsizliyindən məsul olan şəxslərin borcu idi”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Hörmətli NƏSİB MÜƏLLİM O SƏFİRLİKDƏ OLANLAR KASIB BALALARI DEYİLLƏR Kİ MÜQAVİMƏT GÖSTƏRSİNLƏR. VARLILARIN VƏTƏNİ OLMUR.
    4 years ago