“Səfirliklər bir qayda olaraq hansısa məlumat əldə etdikdə belə bir bəyanatla çıxış edirlər. Son zamanlar isə belə məlumatlar həm Ermənistan mətbuatında, həm də Azərbaycanın sosial şəbəkələrində yayımlanır və bu baxımdan, səfirliklərin belə bir bəyanat verməsi təbii görünür”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
Politoloq Böyük Britaniya, ABŞ və Fransanın Ermənistandakı səfirliklərinin son günlər ölkənin cənub və cənub-şərq ərazilərinə səfər etməmək barəsində yayımladığı xəbərdarlıqlara münasibət bildirib. Marqarita pizza
Müsahibimiz deyib ki, erməni təxribatını dəfələrlə hər an və hər yerdə gözləmək olar:
“Öz ərazisində, bizim ərazilərimizdə, habelə dünya ölkələrində də görünür ki, səfirliklərimiz ətrafında erməni xislətini və erməni təxribatçı meylləri əsrlərdir davam etməkdədir.
Bildiyiniz kimi, Göyçə-Zəngəzur Respublikasının yaradılması, eləcə də bizim bəzi sosial şəbəkə istifadəçilərimizin güc yolu dəhlizin açılması, habelə torpaqların qaytarılması və oradan olan qaçqınlarımızın geri qayıtması məsələsini dilə gətirməsi son günlər geniş yayılıb. Dövlət başçısının da çıxışında o vurğu var idi, biz bu məsələləri qaldıra bilərik. Ona görə də mənim fikrimcə, əgər biz bunu qaldırmıraqsa, bu, o demək deyil ki, ermənilər qudurmalıdır”.
N. Şəfiyevin sözlərinə görə, bütün bunları üst-üstə gələndə səfirliklərin belə bəyanat verməsi normaldır:
“Üstəlik, dünyanın güc mərkəzi olan dövlətlərinin Xarici İşlər Nazirliklərində xüsusi analitik mərkəzlər var və bu analitik mərkəzlər müzakirə apararaq, təhlil nəticəsində belə qərara gəlir ki, orada nəsə ola bilər. Şərt deyil ki, mütləq şəkildə olacaq, amma ola bilər. Dilimizdə buna gözəl bir söz də var: “Bəlayi-ehtiyat getməyin”. Yəni, bu, əslində, hələlik bu xarakter daşıyır. Amma bir azərbaycanlı olaraq demək istəyirəm ki, bunun siyasi, beynəlxalq münasibətlərdə, bəlkə də, problem yaradacağını bilirəm, amma çox istəyirəm ki, onlar gəlmirlərsə, biz oraya gedə bilək”.
Rafi MÜSLÜMOV

Telegram kanalımız