“Ordu, donanma, hökumət içindəki çingiz ildırımların xəyanəti...” – ADR niyə işğal olundu?   +Araşdırma

saytların hazırlanması

Evə çatdırılma

“Ordu, donanma, hökumət içindəki çingiz ildırımların xəyanəti...” – ADR niyə işğal olundu? +Araşdırma

Yazar

26 Aprel 2020 17:09 1613


Hər dəfə Azərbaycan tarixində mühüm rol oynayan milli hökümətimizin süqutu, ölkəmizin bolşevik Rusiyası tərəfindən işğal edilməsi faktı gündəmə gələndə bəzi çevrələr diqqəti əsl həqiqətdən yayındırmaq üçün “Atatürk, Türkiyə Azərbaycanı satdı” kimi köhnə və çiynənmiş iddiaları isidib yenə önümüzə gətirirlər.

Qondarma “erməni soyqırımı” günü olan 24 aprel tarixində tarixçi-jurnalist Cavid İsmayıl paylaşdığı yazıya “Azərbaycan Cümhuriyətinin süqutunda Türkiyə faktoru " başlığını qoyaraq Azərbaycanın faciələrdən , bolşevik - erməni işğalından qurtarılmasında və milli ordumuzun, dövlətimizin qurulmasında müstəsna rol oynayan Türk zabitləri haqda həqarət edici ifadələr işlətməsəydi mövzunu cümhuriyətimizin , o dövrün görkəmli tədqiqatçılarının ixtiyarına buraxaraq bu haqda bir şey yazmayacaqdım. 

Məqalənin olduqca problemli , tarixi reallıqlardan uzaq olan adından başlayaq. Əyər başlıqda nəzərdə tutulan Osmanlı hökümətidirsə, 1920 - ci ilin başlarından etibarən müxtəlif müstəvilərdə Azərbaycanın işğalına hazırlıq prosesi gedərkən işğal altlndakı İstanbulda padişahın siyasi fəaliyətləri məhdudlaşdırılmış , çətin şərtlər altında toplanaraq milli müqavimət və işğala qarşı mübarizə haqda bəyanat ( Misak- ı Milli ) qəbul edən Osmanlı dövlətinin son məclisi Məclis- i Məbusan isə Ingiliislər tərəfindən dağıdılmış, Cümhuriyət qurucularımızın da fikirdaşları olan bəzi millət vəkilləri həbs edilərək Maltaya sürgün edilmişdi. Atatürkün dörd bir tərəfi işğal edilmiş ölkəni xilas etmək üçün çox ağır şərtlər altında topladığı Türkiyə Böyük Millət Məclisi də Azərbaycanın işğalından cəmi üç gün əvvəl açıla bilmiş , cümhuriyət isə istiqlal müharibəsindən üç il sonra elan edilmişdi. pizza hut

Atatürk 1919 - cu ilin ortalarından 1920- ci ilin aprelinə qədər Samsundan Amasyaya, oradan Ərzurum və Sivasa qədər məşəqqətli bir mübarizə yolu keçərək milləti işğala qarşı səfərbər etmək, cəmiyyətin müxtəlif təbəqələrini tam müstəqillik fikrinə inandırmaqla məşğul idi. Çar generallarıyla vətəndaş müharibəsindən qalib çıxan bolşeviklərlə sonrakı dövrdə qurtuluş savaşına yardım və imperyalizmə qarşı birgə mübarizə istiqamətində artan təmaslara, bunu zəruri edən amillərə irəlidə toxunacağıq. Dövrün , Qafqaz bölgəsi və Şərqi Anadoluda cərəyan edən hadisələrin mürəkkəb və çoxşaxəli olduğunu , bolşeviklərlə imzalanan Brest- Litovsk anlaşması sonrası bir siyasi reallıq , Mudrosdan sonra ingilislərin gedişata aktiv müdaxiləsiylə tamam başqa bir siyasi reallıq formalaşdığını unutmamaq lazımdır. Ancaq hər iki dövrdə də mümkün şərtlər altında Azərbaycan və Anadolu Türklərinin qarşılıqlı yardımlaşma fəaliyətlərini artırdığını , erməni məsələsi və regiondakı milli varlığımızın gücləndirilməsi istiqamətində ortaq hərəkət etdiyini rahatlıqla ifadə etmək mümkündür. Mudros sonrası Anadolu coğrafiyasında marginallaşan bəzi ittihadçı zabitlərin Azərbaycandakı fəalliyətləri, idealları , bolşeviklərlə təmasları isə ayrı bir dəyərləndirmə və təsnifata tutularaq incələnməlidir. Haqqında söz açılan məqalədə bir çox istiqamətlərdə tarixi həqiqətlərin əsas mahiyətinin təhrif edilməsi , xronoloji ardıcıllığın pozulması bir yana böyük məfkurə və dava adamı Rəsulzadə və N. Şeyxzamanlı kimi şəxsiyətlərimizin də bütövlükdə işğal prosesi, o dövr baş verənlər , Türk zabitlərinin tariximizdəki roluyla bağlı dəyərləndirmələri kontekstdən çıxarılmış, böyük rəsm, Rusiyanın , bolşeviklərin Azərbaycan və Bakı neftiylə bağlı əsas strategiyası , ingilislərin bölgəylə bağlı hədəfləri , müstəmləkə dövrünün beşinci kolonunun həm hakimiyyət həm də cəmiyətin müxtəlif təbəqələri arasındakı fəaliyətləri, Azərbaycanı işğala götürən əsl səbəb və aktyorlar, gündən-günə gurultulu şüar və vədlərlə kütlələri arxasınca sürükləyın komunizm faktoru dəyərləndirmə xaricində tutulmuş , təəssüf ki dövlətimizin qurulmasında , Kolordumuzun milli bir gücə çevrilməsində kilid rol oynayan, işğal əsnasında da Azərbaycan Ordusunun tərkibində Qarabağda erməni separatçılarına qarşı savaşan Türk zabitləri alqıyla əsas hədəfə oturdulmuşdur.

Yuxarıda da ifadə etdiyim kimi, zamanlaması etibariylə də məqalə diqqəti əsl həqiqətdən yayındırmağa , tarixdən günümüzə Azərbaycan milli dövlətçiliyinin qorunub möhkımlənməsində önəmli rol oynayan qardaş Türkiyəyə qarşı ovqatın yaradılmasına xidmət etmişdir. Nədənsə unudulur ki Türk zabitləri Azərbaycana gəlmədən öncə milli hərəkatın qalası durumunda olan Gəncədə belə sovet-daşnak qüvvələrinə qarşı dura biləcək cəmi 600 nəfərlik qüvvə var idi. Onlara da knyaz Maqalov adlı bir Gürcü polkovniki rəhbərlik edirdi ki o da Gürcüstan müstəqilliyini elan etdikdən sonra başının dəstəsiylə Tiflisə çəkilmişdi. Türk zabitlərinin gəlişiylə birlikdə ilk hərbi məktəb açılmış, milli ordu quruculuğuna başlanmış , o ordunun uğurlu Zəngəzur əməliyatları bir yana Moskvanın vahid planı çərçivəsində 1920- ci ilin mart ayında həm də Novruz bayramı gecəsində ermənilər qiyam edərək Əsgəran qalasını tutarkən 20 min nəfərə yaxın döyüş hazırlığını tamamlamış qüvvə ilə qiyamı yatırtmaq üçün Qarabağa yollanmışdı.

Bütün tarixi sənədlər açıq şəkildə göstərir ki heç bir halda bolşeviklər Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir, Leninin ifadəsiylə Bakı neftini ələ keçirməyi vətəndaş müharibəsinin girdabında iqtisadiyatı dağılmış Rusiya üçün vazkeçilməz bir hədəf olaraq görürdü. Şaumyanın missyası, Şərqi Anadolunu da əhatə edən erməni projesinin arxasındakı yeni rus-bolşevik ağlının təfərruatına varmadan ifadə edək ki artıq 1920- ci ilin başlarından Azərbaycan dövlətçiliyini məhv etmək , ölkəni işğal etmək üçün bütün istiqamətlərdə müstəmləkə hücrələri hərəkətə keçmişdi . Zənnimcə, işğalın həyata keçməsində əsas faktor olan Qarabağdakı erməni qiyamı bu gün olduğu kimi o gün də torpaqlarımızdan pay almaq həvəsiylə erməni-Moskva sövdələşməsiylə başlamış, Kremlin planı çərçivəsində əsas hərbi qüvvələrimiz paytaxdan , müstəqilliyin keşiyindən uzaqlaşmaq məcburiyətində qalmışdı. 

Məqalədə görməməzlikdən gəlinən, Mudros sonrası məcburən Qafqaz İslam Ordusu Azərbaycanı tərk edərkən milli ordu quruculuğunda rol almaq üçün Osmanlı ordusundan istefa verib Azərbaycan ordusunda xidmətə başlayan xeyli sayıda Türk zabiti də o üsyanı yatırmaq üçün Qarabağdaydı. Əlbəttə, birinci dünya müharibəsindəki məğlubiyətdən sonra pərən-pərən olan bəzi İttihad və Tərəqqiçi zabitlər də o dövr yenidən bir hərəkat başlatmaq , Qafqazda dayaqlar əldə ətmək, Anadolu hərəkatıyla bolşeviklərin ittifaqını yaradaraq ingilislərə qarşı güc formalaşdırmaq, Turan idealına xidmət etmək məqsədi kimi məqsədlərlə Azərbaycana, Türküstana gəlmişdilər. Bunların arasında əsir Osmanlı zabitləri də var idi. Bu da bir həqiqətdir ki o zabitlərin içində də bütün Şərqdə olduğu kimi bolşeviklərin xalqların qardaşlığı , imperyalizmə qarşı birgə mübarizə şüarına, xalq hakimiyyəti söyləminə inananlar da vardı. Ancaq əlbətdə ki onlar bütövlükdə bu böyük oyunun , prosesin hərəkət verici qüvvəsi deyildi. Bolşeviklər böyük oyunu qurmuş, ermənilər vasitəsiylə diqqəti əsas baş verəcək fəlakətdən yayındıra bilmiş , milli hökümətin içindəki, cəmiyyətdəki , ordudakı əsas qüvvələrini oyun sahəsinə sürmüş, Nərimanov kimi milli damarı da olan nüfuza sahib bir lideri də əsas vitrinə yerləşdirməyi unutmamışdı. 

Artıq aprel ayının başında XI qızıl ordunun hissələri də Azərbaycan sərhəddinə dayanmışdı. Anadolu Atatükün liderliyində milli müqaviməti təşkil etmək üçün ölüm-dirim mübarizəsi verirdi. Təəssüf ki Azərbaycnda bolşeviklərə inanan, müstəqil dövlətin necə bir nemət olduğunu anlamayan, İngilis imperyalizminə qarşı Bolşevik Rusiyasi - Sosialist Azərbaycanı - Anadolu milli hərəkatı timsalında xalq hərəkatları ittifaqına inanan ciddi bir kütlə də vardı. Onlara görə, ifrat demokratiya tutqusundan böhran yaşayan, bir-biriylə çəkişmə halında olan fərqli etnik və siyasi kimliyə sahib qrupların höküməti geopolitik çağrışlara cavab vermək, sürətlə dəyişən siyasi vəziyyətə ayaq uydurmaq iqtidarında deyildi. Lenin Rusiyası da öz emissarları vasitısiylə bu fikri dərinləşdirməyə, işğal öncəsi həyata keçirilən psixoloji əməliyyatla Bakını fikrən ələ keçirməyə davam edirdi. Təəssüf ki, proseslərə də, ictimai rəyə də hakim olan onlar idi. Yanvar ayında Bakı polisində kommunist təşkilatlarının əsgər və polislər arasında güclü təşviqat apardıqları haqda xəfiyyə məlumatları olduğu halda ölkəni gündən-günə ağuşuna alan bu təbliğat və fəaliyətlərə qarşı da ciddi bir tədbir görülməmişdi. Əksinə, Azərbaycan parlamentində, hökümətində daxili intriqalar davam edir, böhran və idarə olunmaz vəziyyət dərinləşirdi. M.Ə. Rəsulzadə bu tam demokratik, plüralust şəraitə işarə edərək, Azərbaycanda Avropada belə tətbiq edilməyən bir xalq cümhuriyətinin qurulduğunu yazırdı. Lakin F. Xoyskinin də ifadəsiylə ölkənin milli təhlükəsizliyi sərt və fövqalədə tədbirlər tələb edirdi. Rəsulzadə də 1933- cu ildə yazdığı bir məqalədə "böhran günlərində parlamanı dağıdaraq bilavasitə xalqa müraciət etmək səlahiyyətinə haiz icra hakimiyətinin yoxluğundan " şikayət edirdi. Demək olar ki Musavat partiyasından başqa Azərbaycanın istiqlalını ardıcıl müdafiə edən başqa bir qüvvə də yox idi. 

N.Yusifbəylinin istefasından sonra yeni hökümət qurma vəzifəsi Hacinskiyə tapşırılaraq nisbətən Rusiya meylli bir kursla təhlükənin bərtaraf edilməsi düşünülsə də, bu addım siyasi böhranın daha da dərinləşməsinə , rusmeyilli qüvvələrin bir az da fəallaşmasına səbəb oldu. Onu da unutmamalıyıq ki Bakı və Gəncə quberniyalarında çarlıq dönəmindən etibarən Ruslar, qeyri-müsəlmanlar əsas güc olmağa davam edir, administrativ və güvənlik strukturlarlna nəzarəti öz əllərində tuturdular. Cümhuriyət dövründə də ədliyyədən polis və hərbiyə ruslar hiss edilir səviyədə güclü idi. Milli hökümətin yetərli kadrı yox idi. Hökümət uzun bir müstəqillik yolunun daha başlanğıcında idi. Xoyski belə ölkədə hökm sürən hərc-mərcilikdən, kadrların milliləşdiriilməsi zərurətindən yazırdı. Bəzi Türk zabitləri də bu durumdan narazılıqlarını ifadə edirdi. Onlar bu ovqatla bolşeviklərlə əməkdaşlığa meyl edir, yardım alayı formalaşdıraraq birlikdə Anadolunu ingilis- fransız qüvvələrindən təmizləyəcəklərinə, ittihadçı fikri yenidən oyadacaqlarına güvənirdi. Azərbaycanda olan türkiyəli komunistlər də yerli komunistlərlə birlikdə müxtəlif təxribatlarda rol alaraq bolşevik işğalında iştirak etdilər. Əlbətdə Ənvər Paşa və onun əmisi Xəlil Paşanın siyasi hesabları, yenidən Anadoludakı hərəkatın başına keçmək istəkləri və rus təbliğatına uymaları da vardı. Atatürk isə ittihadçıları yaxına buraxmaq niyətində deyildi ama onlar vasitəsiylə də bolşevik arealı, Türküstan , Azərbaycan, Hindistan müsəlmanlarıyla əlaqləri dərinləşdirərək qurtuluş savaşına maddi-mənəvi dəstək təmin etmək istəyirdi. İngilislərin etirazına rəğmən milli hökümətin Anadolu hərəkatına yardımlar etdiyi haqda da Osmanlı arxivlərində sənədlər yer almaqdadır. N. B.Yusufbəyli 1919 cu ilin dekabr ayında M. K. Atatürkə pul göndərmişdi. Yəni Atatürkün bolşeviklərlə yaxınlaşma siyasəti onlara simpatiyasından deyil, bölgə reallıqlarından, siyasi vəziyyətdən, strateji zərurətdən irəli gəlirdi. Məncə, milli hökümətimizin ən böyük şansızlığı bu geopoltik , strateji zərurətin Atatürk cəbhəsini İngilislərə qarşı bolşeviklərlə yaxınlaşmağa , onları da bolşevik təhdidinə qarşı ingilislərə yaxınlaşmaya məcbur etməsində idi.

İşğalın qarşısıalınmaz hala gəlməsində heç şübhəsiz iki əsrə yaxın müstəmləkə həyatında yaşadıqlarımız, ordumuzun Qarabağda məşgul edilməsi , bu geopolitik şansızlıq, Osmanlının yaşadığı ağır durumda bizə yardım edə bilməməsi və ordu, donanma, hökümət içindəki çingiz idırımların xəyanəti əsas oldu.

Telman Nüsrətoğlu

Türk İslam Araşdırmalar Mərkəzinin direktoru


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!