Ordu haqqında “feyk” məlumatlara görə cəza sərtləşdirilsin – Təklif

saytların hazırlanması

Evə çatdırılma

Ordu haqqında “feyk” məlumatlara görə cəza sərtləşdirilsin – Təklif

Dünya

19 Yanvar 2024 13:51 446


Rusiya Dövlət Duması Silahlı Qüvvələr haqqında saxta məlumatlara görə cəzanın sərtləşdirilməsini təklif edib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, onlar əmlakın müsadirə olunması imkanını nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

“Rusiya ordusu haqqında yalan məlumat yaymaq, habelə dövlət təhlükəsizliyinə qarşı cinayətlərin və hər hansı digər hərəkətlərin maliyyələşdirilməsi üçün istifadə edildiyi təqdirdə pul, qiymətli əşyalar və əmlak müsadirə edilsin”, – deyə təkliflər paketində qeyd olunub. Sezar pizza

Xatırladaq ki, 2022-ci ildə Putin Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumatı cinayət hesab edən və sanksiyalara çağıran qanunu imzalayıb. Saxta xəbərlərə görə maksimum cəza 15 ilə qədər həbsdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!